“Premium markalı yanacağın qiymətinin bahalaşması ölkədə avtomobil parkının yenilənməsinə təsir edən addımdır. Bu da keyfiyyətli avtomobillərin ölkəyə gətirilməsinə təsir edir”.
Bunu açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.
Ekspert qeyd edib ki, gələcəkdə “Aİ-95” və “Aİ-98” markalı avtomobillərin ölkəyə gətirilməsi azalacaq: “Belə olduğu halda ölkədə sürülən avtomobillərin əksəriyyəti satışa çıxarılacaq. İnsanlar yenidən qayıdır dizel dövrünə. Ancaq dizel mühərrikli avtomobillər ətraf mühitə daha çox zərər vurur. Bu mövzuda hökumət tərəfindən ciddi addımlar atılmalıdır. Ölkəyə gətirilən yeni avtomobillərə daha böyük güzəşt etmək lazımdır ki, insanlar ili təzə və ətraf mühitə daha az zərər vuran nəqliyyat vasitələrini sərfəli qiymətə gətirsinlər. Belə güzəştlər tətbiq olunarsa, yanacağın qiyməti onları çox narahat etməyəcək”.
E.Muradlı vurğulayıb ki, kütləvi şəkildə hibrid avtomobillərə keçid dövrü başlayıb: “Ötən illərlə müqayisədə ölkəyə minlərlə hibrid avtomobili gətirilib. Bu, əslində yaxşı göstəricidir, ancaq 2010-cu ildən sonra istehsal olunan avtomobillərin əksəriyyəti “Aİ-95” markalı yanacaqla işləyir. Amma digər avtomobillərə nisbətən yanacağa daha çox qənaət edir. Ümumiyyətlə, hibrid və elektromobillər üçün dövlətin ayrıca bir proqramı olmalıdır və güzəştlər tətbiq edilməlidir. Yanacağın qiymətinin artması fonunda alternativ nəqliyyat növləri, yəni yanacağı az işlədən və yanacaqdan ümumiyyətlə istifadə etməyən elektromobillər ölkəyə rahat şəkildə, daha az xərc çəkməklə gətirilsin. Bu ilin əvvəllərində hökumət tərəfindən belə bir müsbət fikir ifadə olundu ki, hibrid avtomobillərə güzəşt tətbiq olunacaq. İki ilə yaxındır ki, elektromobillərə güzəşt olunur. Avtomobilin dəyərinin 15 faizi rüsum şəklində alınır. Yəni siz 100 min manata elektromobil gətirirsinizsə, 15 min manat rüsum ödəməlisiniz. Elektromobillərin qiyməti digər nəqliyyat vasitələrinə nisbətən bahadır. Azərbaycanın avtomobil parkının 10 faizinin nə zaman elektromobillərdən ibarət olacağı ilə bağlı dəqiq nəsə deyə bilmərik. Ancaq insanlarımızın daha çox hibrid nəqliyyatlara marağı var. Buna görə də hibrid avtomobillərə müəyyən qədər güzəştlər tətbiq edilməlidir. Həmin avtomobillərin çoxunun digər ölkələrdə müəyyən qədər problemləri olur, sonradan təmir edilərək ölkəmizə gətirilir. Belə avtomobillər gələcəkdə ciddi fəsadlara yol aça bilər. Ona görə də yaxşı olardı ki, güzəştlər tətbiq olunsun və insanlarımız bu nəqliyyat vasitələrinin ən yaxşısını alsın”.



Dizel mühərrikli avtomobillərin qiyməti DƏYİŞDİ
Maşın almaq istəyənlərə ŞAD XƏBƏR
Payızda Azərbaycanda avtomobillər bahalaşacaq?
Avtomobil bazarında canlanma - Bu maşınlar dəbə mindi
Maşın almaq istəyənlərə ŞAD XƏBƏR
Avtomobillərin qiyməti yenə bahalaşdı
Maşın almaq istəyənlərə PİS XƏBƏR
Fevralın 1-dən tətbiq olunacaq 10, 20, 30 AZN haqq tutulacaq...
Vergilərlə bağlı dəyişikliklər: Bu avtomobillər bahalaşacaq
DİQQƏT - Bakıda bu avtomobillər...
Xaricdən avtomobil gətirənlərə pis xəbər
Avtomobil bazarında qiymətlər bahalaşacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 