"Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsi avtomobil sahiblərinə və sürücülərə idarə etdikləri nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi ilə əlaqədar bir daha məlumatlandırır". Bu barədə Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib. O qeyd edib ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi ilə əlaqədar sürücüləri maraqlandıran məsələlərin daha dəqiq və operativ öyrənilməsi üçün "012-511-08-40" nömrəli "qaynar xətt" yaradılıb. Onun sözlərinə görə, "qaynar xətt" saat 08:00-dan 18:00-dək sürücülərin və avtomobil sahiblərinin ixtiyarındadır: "Məqsəd sürücülərə idarə etdikləri nəqliyyat vasitələri, onların texniki baxışdan keçməsi müddətinin vaxtı, ödənilməyən cərimə borclarının olub-olmaması və sairə məsələlər barədə məlumatların vaxtında verilməsi ilə bağlıdır. Nəqliyyat vasitələrini texniki baxışa təqdim edəcək sürücü və ya sahiblərdən xahiş olunur ki, baxış zamanı əlavə vaxt itkisinə yol verilməməsi üçün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanuna edilmiş dəyişikliklərə əsasən barələrində qanuni qüvvəyə minmiş yol hərəkəti və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən cərimələrin ödənilməsini təmin etdikdən sonra müraciət etsinlər". V.Əsədov deyib ki, Bakı şəhəri üzrə 2 ərazidə avtomobillərin diaqnostika mərkəzləri yerləşir: "Bunlardan biri Bakı-Zabrat-Maştağa yolunun 1-ci kilometrliyində yerləşən Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Diaqnostika Mərkəzidir, digəri isə Qaradağ rayonu, "Sədərək" ticarət mərkəzinin yanında fəaliyyət göstərir. Paytaxt və Bakı ətrafı ərazilərdə yaşayan avtomobil sahibləri və sürücülər sözügedən məntəqələrdə şənbə-bazar günləri də daxil olmaqla saat 08:00-dan 18:00-dək nəqliyyat vasitələrini təqdim edə bilərlər". Şöbə rəisi nəqliyyat vasitələrinin texniki baxışdan keçməsi ilə əlaqədar informasiyaların daha dəqiq və operativ alınması üçün "012-511-08-40" nömrəli "qaynar xətt"ə zəng etməyi tövsiyə edib.
Avtomobillərin texniki baxışdan keçməsi ilə əlaqədar "qaynar xətt" yaradıldı



DYP bu sürücülərə XƏBƏRDARLIQ ETDİ
Sürücülərə şad xəbər- Cərimə olunmayacaqsınız
Sürücülər yol polisini BELƏ ALDATMAĞA çalışır - Xəbərdarlıq edildi - VİDEO
DYP-dən sürücülərə müraciət
DYP sürücülərə MÜRACİƏT ETDİ
Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - 2 ay vaxt qalıb
Sürücülərin DİQQƏTİNƏ!
Bayramda avtomobilləri texniki baxışdan keçirmək olacaq?
DYP -dən sürücülərə MÜRACİƏT
DYP-dən sürücülərə SƏRT xəbərdarlıq
DYP sürücülərə müraciət etdi
DYP gücləndirilmiş rejimə keçir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 