Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtomobillərinin texniki vəziyyətinə səhlənkar yanaşan sürücülərə xəbərdarlıq edib.
ONN media xəbər verir ki, idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli bütün sürücülər - hərəkət iştirakçıları idarə etdikləri avtomobillərin texniki saz vəziyyətdə olması üçün Yol Hərəkəti Haqqında Qanunun 37-ci maddəsinə əsasən məsuliyyət daşıdığını və bu prosesin daim diqqətdə saxlanılmalı olduğunu bildirib.
Onun sözlərinə görə, bu, “Yol Hərəkəti Haqqında Qanun”a uyğun olaraq sürücünün əsas məsuliyyəti və vəzifələrindən biridir:
“Texniki cəhətdən nasaz avtomobili idarə etdikdə sürücü İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinə əsasən, yəni nəqliyyat vasitəsinin istismar qaydalarını pozduğuna görə məsuliyyət daşıyır.Belə olduğu halda vəziyyəti qiymətləndirilməklə 50 manatdan 150 manatadək miqdarda cərimə nəzərdə tutulur.
Sürücülər onu da unutmamalıdırlar ki, yolda nasaz vəziyyətdə idarə olunan avtomobil ən azı bir zolaqda hərəkəti məhdudlaşdırdıqda ciddi sıxlığa, bəzən isə tıxaca səbəb ola bilir".
"Hər bir sürücü daha vacib və ciddi olan bir məqamı da unutmamalıdır ki, nasaz nəqliyyat vasitəsilə törədilmiş qəza cinayət hadisəsinə səbəb olubsa, bu halda həmin şəxsin məsuliyyəti daha da dərinləşir. Nəqliyyat vasitəsini texniki cəhətdən saz vəziyyətdə idarə etmək sürücünü, sərnişinləri və ətrafdakı insanların həyat və sağlamlığını qorumaqla yanaşı, şəxsi bütün hallarda məsuliyyətdən uzaqlaşdırır.Beləliklə, digər hərəkət iştirakçılarının haqlı narazılığına və narahatlığına səbəb olmamaq üçün nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətdə saxlanılmalı və istismar edilməlidir. Bir daha sürücülərdən xahiş edirik ki, yeni dərs ilinin başlaması və paytaxtda nəqliyyatın intensivliyinin artması ərəfəsində məsuliyyət nümayiş etdirərək, avtomobillərinin texniki cəhətdən sazlığına diqqət yetirsinlər”, - deyə Araz Əsgərli vurğulayıb.



Yol polisi sürücülərə müraciət etdi - Belə hallar tez-tez baş verir
DYP yenidən xəbərdarlıq etdi- Bu sürücülər cərimələnəcək
100 manat, 4 bal: Bu qaydaları pozanlara DYP-dən sərt xəbərdarlıq
DYP bu şəxslərə xəbərdarlıq etdi
50 manat cərimələnə bilərsiniz - Yol polisindən XƏBƏRDARLIQ
Yol polisindən sürücülərə xəbərdarlıq
Bulvar ərazisində yeni qadağa qüvvəyə mindi
DYP-dən sürücülərə XƏBƏRDARLIQ
DYP sürücülərə müraciət etdi
Avtomobillərin texniki baxışdan keçməsi ilə əlaqədar "qaynar xətt" yaradıldı
NİİM bu sürücülərə xəbərdarlıq etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 