Yunan-Roma güləşi üzrə dünya çempionu Rəsul Çunayev yenidən universitetə qəbul olub.
30 yaşlı güləşçi bu barədə İnstaqramda məlumat yayıb. O bildirib ki, Prezident yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub:
“Uşaq olarkən təhsilin əhəmiyyətini anlamadığım vaxtlarda məktəbə getməyi heç sevməz, dərs oxumaq istəməzdim. Amma böyüdükcə anladım ki, təhsilin insan həyatında böyük və mühüm bir rolu var. Əgər Vətəninə, xalqına xeyirli bir övlad olmaq istəyirsənsə, lazım olan əsaslardan biri də təhsildir. Yəni təhsil, həqiqətən də bir millətin gələcəyidir.
İndi isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsiyəm və təhsil həyatında 3-cü dəfə universitet oxuyacaq bir tələbə kimi demək istəyirəm ki, təhsil almaq üçün heç bir vaxt gec deyil. Siz də mənim kimi sonradan peşman olmayasınız deyə, verəcəyim ən önəmli tövsiyələrdən biri də budur ki, təhsili öz həyatınızda əhəmiyyətli tutun. Çünki savad hər sahədə lazımlı və vacibdir”.

Məlumat üçün bildirək ki, Rəsul Çunayev bundan öncə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Bakı Dövlət Universitetində ali təhsil alıb.



Seymur Talıbov 15 yaşında necə tələbə olub?
Nazir müavinindən Təhsil Tələbə Krediti ilə bağlı mühüm açıqlama
"Ali təhsil müəssisələrində imtahanlar şəffaf keçirilir" - Nazir
54 yaşında tələbə adını qazandı, amma..
Tələbə krediti almaq istəyənlərin nəzərinə!
Azərbaycanda film kimi olay- Ata oğlunun attestatını gizlətdi və...
Magistratura səviyyəsində yeni ixtisas
SON DƏQİQƏ: Tələbə qəbulu qaydaları dəyişdi - RƏSMİ
Azərbaycanda 15 yaşında uşaq tələbə oldu
SON DƏQİQƏ: Ramiz Mehdiyev İŞDƏN ÇIXARILDI
Güləşçimiz dünya çempionu oldu
Bu tələbələrə güzəşt ediləcək - Nazirdən ŞAD XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 