Azərbaycan nümayəndə heyəti Həştərxanda bir sıra görüşlər keçirib Azərbaycan nümayəndə heyəti Rusiyanın Həştərxan vilayətində səfərdədir. Azərbaycan nümayəndə heyətinin üzvü, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev səfər çərçivəsində Həştərxan vilayətinin rəhbəri İqor Babuşkinlə görüşüb. "OLAYLAR" xəbər verir ki, görüş zamanı tərəflər qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, iqtisadi, sosial sahədə əlaqələrin genişləndirilməsi, eləcə də birgə gəmi təmiri və tikintisi məsələlərini müzakirə ediblər. Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Ələt limanında yeni iqtisadi zonanın yaradılması təşəbbüsü ilə çıxış edib: "Biz bu liman vasitəsilə yükdaşımaların artırılmasına xüsusi diqqət yetiririk. Çünki bu liman şimal və cənubu, eləcə də qərb və şərqi birləşdirəcək. Düşünürük ki, bu iqtisadi zona 15 milyon ton yükün daşınmasına imkan yaradacaq". İqor Babuşkin Xəzər dənizində turizmin inkişaf etdirilməsi məsələsinə də toxunub. Bildirib ki, yaxın günlərdə Həştərxan-Bakı aviareysləri yenidən bərpa olunacaq. O, sözügedən marşrutla hərəkət edəcək təyyarə reyslərinin sayının artırılmasını da məqbul hesab edib. İqor Babuşkin həmçinin Xəzəryanı ölkələrin turizminin inkişafı məqsədilə qarşılıqlı turist səfərlərinin təşkil edilməsini təklif edib. Bildirilib ki. artıq Həştərxanda "Böyük Pyotr" adlı gəminin tikintisi başa çatmaq üzrədir və bu gəmi vasitəsilə ediləcək səfərlər sahilyanı ölkələr arasında turizmin inkişafına təkan verəcək. Görüşdə çıxış edən Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev İqor Babuşkini qubernator seçilməsi münasibətilə təbrik edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından təbrik məktubunu İqor Babuşkinə təqdim edib. Abdin Fərzəliyev tərəflər arasında yüksək səviyyədə qurulan əməkdaşlıqdan da söhbət açıb və bu əməkdaşlığın hər ötən il inkişaf etdiyini vurğulayıb.
Qeyd edək ki, hazırda Həştərxanda "KDY Loqistika" layihəsinin həyata keçirilməsi üzərində iş gedir. Bu layihə Azərbaycan. İran, Türkiyə, Türkmənistan və Özbəkistan və digər MDB ölkələrindən kənd təsərrüfatı məhsullarının daşınmasına imkan yaradacaq. 2018-ci ildən Həştərxanda Azərbaycan İşgüzar Mərkəzi fəaliyyət göstərir. Anoloji mərkəzin cari ilin sonuna qədər Bakıda açılması üzərində iş gedir. Bununla bağlı görüş zamanı məlumat verən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev deyib ki, 7 mərtəbədən ibarət İşgüzar Mərkəz paytaxtın mərkəzində yerləşir və ölkədəki ən iri İşgüzar Mərkəzlərdən biri olacaq.Bakıda Həştərxan İşgüzar Mərkəzi açılacaq



Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətində işgüzar səfərdədir
İlham Əliyev Babuşkini qəbul etdi (YENİLƏNDİ)
Həştərxanda Nəriman Nərimanovun 150 illiyinə həsr olunmuş beynəlxalq dəyirmi masa keçirilib
Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətinə işgüzar səfər edib
Həştərxanda Ümummilli lider Heydər Əliyevin xatirəsi yad edildi - FOTOLAR
Heydər Əliyevin Həştərxandakı abidəsi önünə gül dəstəsi qoyulub
Həştərxan vilayətində fəaliyyət göstərən logistika qovşağı yüklərin daşınmasını 200 min tona çatdıracaq
Putindən FƏRMAN - Onun istefası qəbul edildi
Azərbaycanın və Rusiyanın Həştərxan vilayətinin iş adamları onlayn görüşüb
"Həştərxan İş Mərkəzi Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafına önəmli tövhə verəcək"- VİDEO
Həştərxanın regionda siyasi və iqtisadi mövqeyi artır
İlham Əliyev İqor Babuşkini qəbul edib
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 