Azərbaycan həmişə dünyaya sülh mesajlarını göndərib. Regionda da vaxtı ilə mövcud olmuş Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması üçün Azərbaycan Respublikası davamlı istiqamətdə səylər göstərmişdi. Burada ədalətli sülhdən danışmaq lazımdır. Təəssüflər olsun ki, 30 il ərzində davam edən danışıqlar prosesində Azərbaycana təklif olunan sülh ədalətli deyildi. Azərbaycan ərazilərinin işğal altında olması xalqımız üçün qəbuledilməz idi. Bu gün Azərbaycanın sülh siyasətinə uyğun olaraq Sülh Mədəniyyət naminə konsepsiya irəli sürmüşdü. UNESCO çərçivəsində və digər tədbirlərdə vaxtı ilə mədəniyyət sülh naminə konsepsiyalar irəli sürülsə də, Azərbaycanın Ermənistan təcavüzü ilə asossiasiya olan təcrübəsi göstərir ki, sülh olduğu şəraitdə mədəniyyətin inkişafından danışmaq olar.
Bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O, bildirib ki, 30 il ərzində işğal altında olan mədəniyyət abidələrimizin, irsimizin talan edilməsi bunun bariz nümunəsidir: "Regionda sülh təmin olunduqdan sonra möhtərəm Prezidentin və hökumətimizin bölgədə atdığı ilk addımlardan biri də Qarabağda mədəniyyətin yenidən çiçəklənməsi idi. Şuşa şəhərində keçirilən Xarıbülbül festivalı və digər tədbirlər bu istiqamətdə atılan addımlar idi. Ədalətli sülhün olduğu yerdə mədəniyyətin inkişafı üçün də zəruri şərtlər formalaşmış olur. Hesab edirik ki, bu uğurlu konsepsiya sülhün inkişafına töhfə verəcək".
Soçi görüşünün müsbət nəticələndiyini deyən Hikmət Hacıyev qeyd edib ki, birgə bəyanatda irəliləyiş əldə olunub: "Burda xüsusilə nəqliyyat dəhlizlərinin açılması ilə əlaqədar məqamı qeyd etmək istərdim. Sənəddə qeyd olunur ki, Zəngəzur dəhlizinin açılması qısa müddətdə nəzərdə tutulub. Azərbaycan, Ermənistan və Rusiya arasında yaradılan nəqliyyat məsələləri üzrə işçi qrupunun bu gün Moskvada görüşü keçirilib. Bundan irəli gələn digər məsələlər üzrə də tərəflər arasında müzakirələr aparılır. Azərbaycan Respublikası dəfələrlə bəyan edib ki, Ermənistan və Azərbaycan arasında sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında sərhədlərin delimitasiyası və demarkasiyasını aparmağa hazırdı. Bu reallığı ilk növbədə Ermənistan dərk etməlidir. 30 il ərzində onlar üçün sərhəd təmas xəttindən başlayırdı. Bu da işğalçılıq siyasətinin bir nəticəsidir. Yeni reallıqlar var, Ermənistan da bu sərhədlərə hörmət etməlidir".
Hikmət Hacıyev qeyd edib ki, hazırda Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabit olaraq qiymətləndirilir. "Hərbi qulluqçularımız ölkəmizin suveren ərazilərində xidmətlərini həyata keçirirlər", - o vurğulayıb.



Füzuli xoşbəxtlik şəhəri olacaq
Paşinyan İlham Əliyevlə görüşdən imtina etdi
Azərbaycan və BMT fəaliyyət planı imzaladı
Hikmət Hacıyevdən sülhlə bağlı AÇIQLAMA
Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama
PA rəsmisindən İrəvana XƏBƏRDARLIQ: danışıqlar prosesinin formatı...
XİN rəsmi məlumat yaydı
Prezidentdən sülh müqaviləsi ilə bağlı mühüm açıqlama
Paşinyan Qafqazda “sülh dövrü”nün başlandığını ELAN ETDİ
Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalayacaq? - RƏSMİ CAVAB
Ermənistan "ağ bayrağı" qaldırdı - Sülh istəyirik
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 