Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos arasında "Mədəniyyət naminə sülh" (“Peace4culture”) qlobal çağırışının mütəşəkkil fəaliyyət planının imzalanma mərasimi keçirilib.
ONN media xəbər verir ki, BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında baş tutan mərasimdə Azərbaycanın, Albaniyanın, Ermənistanın, ABŞ-ın, İspaniyanın, Pakistanın və s. üzv dövlətlərin BMT-dəki daimi nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən A.Kərimov bildirib ki, ötən il Azərbaycanın təşəbbüskarlığıyla başlayan “Mədəniyyət naminə sülh” layihəsinin fəaliyyət planı artıq hazırdır. “Dayanıqlı inkişafa olan töhfələrimiz dayanıqlı sülhdən keçir”, - deyən nazir əlavə edib ki, “Mədəniyyət naminə sülh” layihəsində əsas məqsəd post münaqişə dövrlərində mədəniyyətin qorunması, dirçəldilməsi və mədəni irsin bərpa edilməsi üçün davamlı sülhün təmin edilməsidir: “Mədəniyyətlərarası dialoqun gücləndirilməsi davamlı sülh və sabitliyin inkişafı üçün əlverişli vasitə rolunu oynayır. Azərbaycan tarixin bütün dövrlərdə çoxsaylı millətlərin mədəniyyətlərinə ev sahibliyi edib, onların bərabər sülh içində təkmilləşməsinə təkan verib. Bu gün reallaşan və sülhə xidmət edən layihə bizim ənənəvi fəaliyyətimizin tərkib hissəsidir”.
Azərbaycanın hər zaman beynəlxalq arenalarda sülhün təbliğinə xidmət etdiyini deyən nazir layihəni dəstəkləyən bütün üzv dövlətlərə təşəkkür edib: “Hesab edirəm ki, dünyamız üçün vacib olan mədəniyyət naminə sülh təşəbbüsümüzün BMT-yə üzv olan bütün ölkələrə öz töhfəsini verəcək. Layihəmiz BMT-yə üzv olan dövlətlər tərəfindən dəstəklənməsi bizi sevindirir və əminik ki, bundan sonra da layihə beynəlxalq maraqlı tərəflərin dəstəyini qazanacaq və mədəni sülhün təmin olunmasında və dialoqun qurulmasında dünyamıza öz töhfələrini verəcəklər. Biz mədəniyyət naminə sülhə inanırıq və sülh quruculuğu prosesində bu təşəbbüsümüzün vacib elementləri olan mədəniyyətlərin qorunması, bərpası və davamlı sülhün bərpa konsepsiyasına təkan verəcəyinə şübhəmiz yoxdur", - nazir əlavə edib.
BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi "Mədəniyyət naminə sülh" təşəbbüsünə görə Azərbaycana təşəkkür edib. Layihəyə dəstək verən BMT-yə üzv olan dövlətlərin daimi nümayəndələri də çıxışlarında, dünyada sülhü, barışı təbliğ edən Azərbaycana dəstəklərini ifadə ediblər.



Azərbaycanda ICESCO-nun regional ofisi açılacaq - Anar Kərimov
XİN daha bir rəsmi məlumat yaydı
Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti Nyu-Yorkda
Anar Kərimov xorvatiyalı nazirlə görüşdü
Anar Kərimov İraqın rabitə naziri ilə görüşdü
Anar Kərimov sabah Gürcüstana gedir
Azərbaycan xalqı həmişə sülh çağırışında olub - Hikmət Hacıyev
Prezident və xanımı Bakıda mühüm forumda
XİN rəsmi məlumat yaydı
Anar Kərimov David Zalkaliani ilə görüşdü
İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm beynəlxalq platformadır
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 