Rusiyadan Azərbaycana bu ilin mart ayında “Bryanskiy Broyler” MMC quşçuluq məhsullarının istehsalı müəssisəsində istehsal olunan məhsulların (toyuq qiyməsi) idxalı zamanı məhsul partiyasından götürülmüş nümunələrin müayinəsi nəticəsində mikrobioloji (Salmonella <25g) göstəricilərinin yol verilən həddən çox olduğu aşkar olunub.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, bundan sonra həmin müəssisədə istehsal edilən məhsulların ölkəmizə idxalı ciddi nəzarətə götürülüb və sonrakı idxal proseslərində hər bir yük partiyasından nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.
İyun ayında “Bryanskiy Broyler” MMC-nin istehsalı olan dondurulmuş toyuq dərisi idxal olunarkən növbəti dəfə təhlükəsizlik parametrlərinə görə uyğunsuzluqlar (Salmonella <25g) aşkar edilib. Aşkarlanmış uyğunsuzluqlara dair Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinə bildiriş göndərilib. Həmin müəssisənin yenidən əsaslı şəkildə araşdırılaraq sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi, məhsulların yenidən müayinələrə cəlb olunması və nəticələri ilə bağlı Agentliyə məlumat verilməsi bildirilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və gələcəkdə belə hallar baş verərsə istənilən müəssisənin məhsulunun ölkəmizə idxalı ilə əlaqədar müvafiq məhdudiyyətlər tətbiq ediləcək.



Azərbaycandan rus şirkətinin məhsullarına QADAĞA
Rusiyadan gətirilən 17 ton dəri yararsız çıxdı
İrandan gətirilən bu məhsul yararsız çıxdı
Kolbasa sexində kobud pozuntular: Qoyun ətinin adı var, özü yoxdur
Ölkəyə idxal edilən pomidor toxumunda virus aşkarlandı
Kinder yumurtadan virus tapılıb? - RƏSMİ
Rusiyadan gətirilən kartofda zərərverici aşkarlandı
AQTA-dan xəbərdarlıq: Argentinadan idxala qadağa!
Bu ölkədən Azərbaycana gətirilən 90 tona yaxın kartof yararsız çıxdı
Azərbaycanda yeni institut yaradılacaq
İçməli su ilə bağlı vətəndaşlara müraciət
“Bazarstore”nin idxal etdiyi bibərlərdə virus aşkarlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 