Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları "Sədərək" ticarət mərkəzində əməliyyat keçirib. Daxili İşlər Nazirliyindən ONN media -ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən insanların sağlamlığına zərər vuran, əhalinin istirahətinə maneə yaradan partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində silsilə tədbirlər davam etdirilir. Növbəti belə tədbir Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən "Sədərək" ticarət mərkəzində həyata keçirilib. Belə ki, Baş İdarəyə qeyd edilən ticarət mərkəzində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub. Qeyd olunan ünvanda yüksək səsyayıcı qabiliyyətə malik olan pirotexniki vasitələrin satışını həyata keçirən Astara rayonunda anadan olmuş Seymur Hənifəyev və onun oğlu Fərid Hənifəyev saxlanılıblar. Həmin şəxslərə məxsus ticarət mərkəzində yerləşən mağaza və anbara qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxış keçirilən zamanı külli miqdarda pirotexniki vasitələr aşkar olunaraq götürülüb. Saxlanılan şəxslər ifadlərində pirotexniki vasitələrin satışı ilə məşğul olduqlarını etiraf ediblər. Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb, istintaq və əməliyyat tədbirləri davam etdirilir.
Polis “Sədərək”də əməliyyat keçirdi



“Sədərək” ticarət mərkəzində partlayıcı vasitələr aşkar edilib
“Sədərək”də partlayıcılar tapıldı
SON DƏQİQƏ: Polis genişmiqyaslı əməliyyat keçirdi, saxlanılanlar var
Partlayıcı və tezalışan maddələr satan şəxs aşkarlandı
Yeni illə bağlı XƏBƏRDARLIQ
“Bandotdel” əməliyyat keçirdi, saxlanılan var – VİDEO
"Bandotdel" Beyləqanda əməliyyat keçirdi
"Bandotdel" Oğuzda əməliyyat keçirdi
Sədərək ticarət mərkəzində faciəvi hadisə - ÖLƏN VAR
Sədərək Ticarət Mərkəzində yanğın olub
Azərbaycanda yüksək vəzifəli şəxslər SAXLANILDI
Şirvanda "NARKOTİK OVU": Keçmiş məhkum da işin içində olub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 