Kürdəmirdə sakinlərin əkin sahələrinə və mal-qaranın örüşə gediş-gəlişini təmin edən körpü uçub.
Baş Şirvan kollektorunun rayonun Sor-sor kəndi ərazisindən keçən hissəsində eni 1, uzunluğu 15 metr olan körpünün uçması sakinlər üçün müəyyən çətinliklər yaradıb.
Sakinlər bildiriblər ki, körpünün təmir edilməsi üçün müraciət etsələr də, nəticəsi olmayıb:
"Bizim əkin sahələri, mal-qaranın otlaq yeri kollektorun digər tərəfində olduğu üçün qarşı tərəfə keçməkdə çətinlik çəkirik. Körpünün uçması sakinlər üçün çətinliklər yaradıb. Mal-qaranı örüşə apara bilmirik, əkin sahələrinə vaxtında gedib-gələ bilmirik".
Baş Şirvan Kollektoru İstismarı İdarəsinin rəisi Əhmədağa İbrahimov bildirib ki, körpüyə alternativ olaraq 1 kilometrə yaxın bir məsafədə yeni keçid çəkilib:
"Sakinlərin müraciətləri əsasında 5 il öncə qəzalı vəziyyətdə olan körpüyə alternativ keçid çəkilib. Lakin sakinlər məsafənin uzaq olmasını əsas gətirərək həmin keçiddən istifadə etmirlər. Kollektorun üzərində yeni keçid salındıqdan sonra qəzalı vəziyyətdə olan körpü bizim balansımızdan çıxarılıb. Lakin biz bu məsələni rəhbərlik qarşısında yenidən qaldıracağıq. Rəhbərlik tərəfindən hansı qərar qəbul olunsa, o da icra olunacaq", - idarə rəisi bildirib.



Azərbaycanda körpü uçdu- AVTOMOBİL SU KANALINA DÜŞDÜ
ABŞ-də yük gəmisi körpüyə çırpılıb
Qusarçay üzərindəki bu yolu sel apardı
Kür çayı üzərindəki körpü təmir edilir
Məşhur Ulu körpü dağılır
Bakıdakı bu məşhur körpü sökülür
Kürün üzərində yeni körpü tikildi
Azərbaycanda 3 körpü uçdu - FOTOLAR
Körpünün uçması nəticəsində ölənlərin sayı 35-ə çatdı
Bakıda bu körpü söküləcək
Azərbaycanda BİYABIRÇILIQ- Sakinlər narazılıq edir
Çermet körpüsündəki bu problem niyə həllini tapmır?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 