“Rusiya Qərb münasibətlərinin gərginləşməsi rublun məzənnəsinə də təsirsiz ötüşmür. Bir ay öncə 1 dollar almaq üçün 73,2 rubl ödəmək lazım idisə, indi bu rəqəm 77,7-dək dəyişib”.
ONN media xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib. O bildirib ki, Rusiya valyutası son 1 ayda 6%-ə yaxın dəyər itirib:
“Hələlik, Moskva birjalarında ciddi volatillik müşahidə olunmasa da, şimal qonşumuzun valyuta bazarındakı proseslər birbaşa Vaşinqtonda qəbul olunan qərarlardan asılı olacaq. Birləşmiş Ştatların Rusiyaya qarşı yeni sanksiyalar paketi tətbiq etdiyi halda bu, rublun məzənnəsindəki zəifləmləri daha da sürətləndirəcək”.
V. Bayramovun sözlərinə görə, əgər tərəflər gərginliyi diplomatik yollar ilə həll edərsə, o halda rublun məzənnəsi mövcud intervalda dəyişəcək:
“Rusiya Azərbaycanın 2,7 milyard dollarlıq qeyri-neft ixracatında ən böyük tərəfdaşıdır. Neftdən kənar ümumi ixracatın 32%-i şimal qonşumuzun payına düşür. Rublun məzənnəsinin zəifləməsi Azərbaycanın qeyri-neft məhsullarını şimal qonşumuzun bazarlarında bahalaşdıra bilər. Rubl daha böyük dəyər itirəcəyi halda bu, əksər MDB ölkələrinin valyutalarına psixoloji təsir göstərəcək”.
“Moskva birjalarında Vaşinqtondan gələcək xəbərləri izləyirlər, Ağ Evdə isə hələlik sakitlikdir”, - deyə deputat əlavə edib.(olke.az)



Rubl sürətlə ucuzlaşır
Dollar bahalaşa bilər
Azərbaycanda bu məhsullar ucuzlaşacaq
Bu gün Rusiya defolt ola bilərmi?
Lirənin ucuzlaşması manata təsir edəcək?
Baydenin “soyqırım”ı lirəyə təsir etdi
Azərbaycanda dollar bahalaşacaq? - Deputat AÇIQLADI
Tanınmış iqtisadçıdan DOLLARLA BAĞLI vacib açıqlama: “İlin sonunda…”
Belarus öz qazdığı quyuya özü düşdü
Manat dəyər itirəcək? - AÇIQLAMA
ABŞ Rusiyanı çökdürür: Bakıya mənfi təsirləri - Ekspert
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 