Türkiyənin ABŞ-la münasibətlərinin gərginləşməsi qardaş ölkənin milli valyutasının məzənnəsinə də təsirsiz ötüşməyib. Lirə həftəyə enişlə başlayıb.
ONN media xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.
V.Bayramovun sözlərinə görə, hələlik lirənin kursunda ciddi azalmalar olmasa da, ötən həftəni dollara nisbətən 8.33 məzənnəsi ilə başa vuran Türkiyə pulu bu həftəyə 8.44 tarazlığı ilə başlayıb:
“Lirə sonuncu iş günü ilə müqayisədə dollara nisbətən 1 faizdən çox dəyərsizləşib.
Göründüyü kimi, Amerika Birləşmiş Ştatları Prezidenti Cozef Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar verdiyi bəyanat region iqtisadiyyatına da təsirsiz ötüşmür. Amma təbii ki, belə gərgin münasibətlər yalnız qardaş Türkiyə və ya region ölkələri üçün deyil, eyni zamanda Birləşmiş Ştatların biznes dairəsi üçün də arzuolunan deyil.
Doğrudur, ABŞ qlobal iqtisadi güc statusunu qoruyub saxlayır. Amma Türkiyə ilə 26.8 milyard dollarlıq xarici ticarəti olan Birləşmiş Ştatlarda biznesin müəyyən seqmenti bu gəlirlərdən faydalanır. 14.2 milyard dollarlıq Birləşmiş Ştatlar ixracatı onun ümumi eksportu ilə müqayisədə böyük görsənməsə də, biznes gəlirləri baxımdan heç də kiçik göstərici deyil”.



Dollar kritik həddə ucuzlaşdı - Manatın məzənnəsinə necə təsir edəcək?
Azərbaycanda dollar bahalaşacaq? - Deputat AÇIQLADI
Lirənin ucuzlaşması manata təsir edəcək?
Dollar payızda ucuzlaşa bilərmi? - Ekspert
Rublun ucuzlaşması manata necə təsir göstərə bilər...
Manat dəyər itirəcək? - AÇIQLAMA
Əgər Bayden “soyqırımı” ifadəsini işlədərsə... - Aqil Abbas AÇIQLADI
Lirə və rublun dəyər itirməsi manata təsir edəcək? - Deputat AÇIQLADI
Azərbaycan-Ukrayna əməkdaşlığı daha da güclənəcək - Deputat
Manat avro qarşısında niyə ucuzlaşır? - Bayramov
ABŞ Prezidenti Azərbaycana təşəkkür etdi
Bakı və Ankaranın bu sazişi qüvvəyə minir - DETALLAR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 