Lirə 1 ay ərzində 10 faizdən çox dəyər itirib və hazırda 1 dollar 9,55 lirə nisbətindədir.
ONN media xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov deyib.
O bildirib ki, lirənin uculaşmasının əsas səbəbləri Türkiyənin cari hesablaşmalar balansındakı kəsir və özəl sektorun böyük həcmdə xarici borclanması olsa da, siyasi faktorlar da az təsirə malik deyil:
“Türk lirəsinin ucuzlaşması Azərbaycanın ticarət dövriyyəsinə ciddi təsir göstərmir. Türkiyə İtaliyadan sonra Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır. Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi 2020-ci ildə 4,5 milyard ABŞ dollarına yaxın olub. Eyni zamanda Türkiyə Azərbaycanın qeyri-neft ixracatında Rusiyadan sonra ikinci ən böyük tərəfdaşdır. Azərbaycanın qeyri-neft ixracatının təxminən 33 faizə yaxını Türkiyə bazarına yönəlib.
Azərbaycan Türkiyə ilə ticarət dövriyyəsində təxminən 1,7 milyard dollar həcmində müsbət saldoya malikdir və biz həm ümumi ticarət dövriyyəsi, həm də qeyri-neft ixracatında Türkiyəyə ixrac edilən və Türkiyədən idxal edilən məhsulların strukturuna diqqət yetirsək, deyə bilərik ki, türk lirəsinin ucuzlaşması bizim ticarət dövriyyəmizə ciddi təsir göstərməyəcək. Çünki Azərbaycanla Türkiyənin ticarət dövriyyəsində enerji ixracatının payı yenə yüksək olaraq qalır. 2021-ci ildə də bu iki dövlət arasında enerji sahəsində əməkdaşlıq yüksək olacaq”.
V.Bayramovun sözlərinə görə, lirənin ucuzlaşması Azərbaycana idxal edilən məhsulların xərcinin azalmasına və Türkiyədən daha çox məhsulun idxal edilməsinə gətirib çıxara bilər.
Ekspert qeyd edib ki, Mərkəzi Bank üzən məzənnə rejiminə keçmədiyi üçün məzənnəyə birbaşa təsir imkanlarını qoruyub saxlayır. Bu baxımdan, növbəti dövrdə də manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq.(axar.az)



Bakı və Ankaranın bu sazişi qüvvəyə minir - DETALLAR
Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir
Azərbaycan-Ukrayna əməkdaşlığı daha da güclənəcək - Deputat
Türk lirəsi dəyərdən düşür- NƏLƏR BAŞ VERƏCƏK?
Rusiya Azərbaycana 6,3 milyard dollar yatırıb
Azərbaycanda dollar bahalaşacaq? - Deputat AÇIQLADI
Türk lirəsi niyə kəskin ucuzlaşdı?
Rublun ucuzlaşması manata necə təsir göstərə bilər...
Lirə və rublun dəyər itirməsi manata təsir edəcək? - Deputat AÇIQLADI
İran və Azərbaycanın ticarət dövriyyəsi 600 milyon dolları keçəcək
Çavuşoğlu Maduro ilə görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 