Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərə müraciət edib.
ONN media xəbər verir ki, müraciətdə deyilir:
"Son dövrlər uşaqların internet və sosial şəbəkələrdən nəzarətsiz istifadəsi nəticəsində əldə etdikləri informasiyalar bəzən onlarda zərərli vərdişlərə (narkotik, psixotrop maddə, energetik içkilər, internet asıllığı və s.) meyil yaradır. Təəsüflər olsun ki, erkən yaşlarda yaranan bu vərdişlər gələcəkdə daha neqativ halların baş verməsinə gətirib çıxarır. Qısa müddət ərzində qazanılmış bu kimi vərdişlərdən qurtulmaq heç də asan olmur və uzun vaxt tələb edir, bu səbəblə valideynlər uşaqlara qarşı münasibətdə daim səbrli və təmkinli olmalıdırlar.
Övladlarınızın zərərli vərdişlərdən xilas olması üçün aşağıdakılara diqqət edək:
Bu kimi hallardan şübhələndiyiniz zaman övladınızın davranışlarını müşahidə edin.
Zərərli vərdişlər zamanı uşaqlarda sosial əlaqələrin azalması, aqressiv davranışların artması, emosional dəyişiklik, həmçinin akademik bacarıqların azalması, yuxu və yemək rejimlərinin pozulması və s. kimi hallar baş verir.
Uşaqların səhvlərini gördüyünüz zaman “Səndən utanıram, kaş ki mənim uşağım olmazdın” kimi sözlərdən istifadə etməyin, onlara öz köməyinizi göstərin.
Belə hallarda övladınızın müalicəyə yönləndirilməsi işin əsas hissənini təşkil edir.
Müalicə prosesində hər zaman onların yanında olun, bu halın keçib gedəcəyini, amma verilən məsləhətlərə ciddi şəkildə riayət edilməsinin vacibliyini izah edin.
Unutmaq olmaz ki, zərərli vərdişlər zamanı bədən həm fiziki, həm də psixo-sosial təsirlərə məruz qalır, bu halda psixoloq xidmətindən istifadə özlərini rahat hiss etmələrinə və müalicəyə daha inamlı yanaşmalarına kömək olacaq;
Yeni hobbilər qazanmalarına, asudə vaxtlarını ailəsi və yaxın əhatəsi ilə daha səmərəli keçirmələrinə kömək olun;
Uşaqlara həyatdan zövq almağı, başqa şəxslərin təsiri altına düşməməyi öyrədin.
Tez-tez edilən mühakimələr yalnız onların özlərinə qapanmalarına və etdikləri yalnış hərəkətləri təkrarlamalarına səbəb olur.
Bilməlisiniz ki, övladlarınıza göstərdiyiniz qayğı, diqqət onların zərərli vərdişlərdən çəkinməsinə və sağlam həyat tərzi qurmaqlarına yardımçı olur.
Qeyd edilən tövsiyələri nəzərə alaq, uşaqlarımızın xoşbəxt gələcəyi üçün birlikdə çalışaq!".



Bahar Muradovadan o valideynlərə SƏRT SÖZLƏR: Onlar anlamalıdır ki...
FHN valideynlərə müraciət etdi
Dövlət Komitəsinin yeni tərkibi təsdiqləndi - QƏRAR
FHN əhaliyə müraciət etdi
Körpəyə qarşı olunan bu hərəkətə görə hansı cəza veriləcək?
Dövlət yol polisi valideynlərə müraciət etdi
Siqareti tərgitmək istəyənlər MÜTLƏQ OXUYUN
Siqareti tərgitmək üçün böyük kəşf
Erkən nikah halları ilə mübarizə tədbirləri gücləndirilir
Bəzi verilişlər uşaqların əxlaqını pozur – Millət vəkili
“TikTok”dan şəxsi məlumatlar oğurlandı
Valideynlərə xəbərdarlıq: Bu, ölümlə nəticələnə bilər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 