Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft” İstehsalat Birliyi 2021-ci ildə neft hasilat planını 106%, təbii qaz hasilatı planının isə 103% yerinə yetirib.
ONN media bu barədə quruma istinadən xəbər verir.
SOCAR-ın ən böyük struktur vahidi olan "Azneft” Xəzər dənizində 12, quruda isə 18 olmaqla, ümumilikdə 30 neft-qaz yatağını istismar edir. İstehsalat Birliyinin əsas missiyası neft-qaz yataqlarının kəşfiyyatı, işlənməsi, neft-qaz quyularının tikintisi, istismarı, neftin, qazın, qaz-kondensatının hasilatı və təhvilidir.
Qurum hasilatın stabil saxlanması və artırılması istiqamətində fasiləsiz olaraq tədbirlər həyata keçirir. Sifariş edilən quyuların qazma prosesi ən müasir və yüksək keyfiyyətli avadanlıqlar vasitəsilə həyata keçirilir, quyların işlərinə nəzarət və geofiziki-ölçmə işləri dünya standartlarına uyğun aparılır.
Payız-qış mövsümünə hazırlıq məsədilə yeraltı qaz anbarlarında aktiv qaz həcminin artırılması istiqamətində bir çox işlər görülür. Gələcəkdə yeraltı qaz anbarlarına vurulan qaz həcmlərinin daha da artırılması nəzədə tutulur.
İstehsalat Birliyinin qarşısında duran əsas hədəflər insan kapitalının inkişaf etdirilməsi, təhlükəsiz iş şəraitinin qorunması və təkmilləşdirilməsi, karbon emissiyasının 0-a salınması, maliyyə imkanlarından səmərəli istifadə, gəlirin artırılması, yeni neft-qaz yataqlarının kəşfiyyatı, mövcud yataqların işlənməsinin optimallaşdırılması, quru yataqlarının reabilitasiyası, hasilatının yüksəldilməsi, neft-qaz hasilatının stabil saxlanması, artırılması, beynəlxalq standartlara cavab verən sistem qurmaqdır.



Azərbaycan avqustda “OPEC plus” üzrə öhdəliyini artıqlaması ilə yerinə yetirib
SOCAR-ın gəlirlərini artıran – SƏBƏB
SOCAR neft və qaz hasilatını artırıb
Azərbaycanda neft və qaz hasilatı artıb
İyulda nə qədər neft hasil edilib?
Azərbaycanda yeni neft sazişi təsdiq ediləcək
Azərbaycan qaz hasilatını artırır
Azərbaycan oktyabrda “OPEC plus” üzrə öhdəliyini yerinə yetirib
SOCAR-ın yeni vitse-prezidenti kimdir? - Dosye
Azərbaycanda neft hasilatı ilə bağlı proqnoz AÇIQLANDI
SOCAR yüksək debitli quyunu istismara qəbul etdi
Pərviz Əhmədova yüksək vəzifə verildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 