Buzovna-Maştağa, Qala və Zirə neft yataqların yenidən işlənilməsinə başlanacağı planlaşdırılır.
Bununla bağlı parlamentə “Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ilə “GL İnternational LTD” MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi daxil olub.
Sənəd sabah Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, Buzovna-Maştağa yatağı Abşeron yarımadasının şimal-şərqində, Şərqi Abşeron neftli-qazlı rayonunda, Maştağa və Buzovna kəndlərinin arasında yerləşir. Yataq 588 hektar (7 km x 2 km) ərazini əhatə edir və braxiantiklinal quruluşludur. Sənaye əhəmiyyətli işlənməyə 1941-ci ildən başlanılıb. Yataq SOCAR-ın “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi tərəfindən istismardadır.
Yatağın işlənməsinə başlanandan 2021-ci ilin yanvarın 1-dək 1 326 quyu qazılıb. Həmin quyulardan indiyədək 29,74 milyon tona yaxın neft, 5,4 milyard kubmetrə yaxın qaz hasil olunub. Yataq üzrə maksimum hasilat - 1950-ci ildə 1 milyon 927 min ton təşkil edib. Yatağın qalıq çıxarılabilən neft ehtiyatları 6,74 milyon ton, qaz ehtiyatı 0,65 milyard kubmetr təşkil edir.
Qeyd edək ki, “Qala” (Köhnə Qala) neft yatağı Abşeron yarımadasının şərq hissəsində Binə, Mərdəkan və Qala kəndlərinin arasında yerləşir. Yatağın işlənməsinə başlanandan 2021-ci iliin yanvarın 1-i tarixinədək 1 517 quyu qazılıb, hazırda onlardan 73-ü istismar fondundadır. Yataqdan 58,41 milyon ton neft, 9,7 milyard kubmetr qaz hasil olunub. Hazırda yataq işlənmənin sonuncu - IV mərhələsindədir və sulaşması– 95,5 %, cari neftvermə əmsalı 0,47-dir. “Qala” yatağı SOCAR-ın “Azneft” İB-in H.Z.Tağıyev adına NQÇİ tərəfindən istismar olunur. (report)



Prezident yeni neft sazişini təsdiqləyib
Sabunçuda yaşayanların NƏZƏRİNƏ
"Azneft" İB ötən ilin hasilat planını artıqlaması ilə yerinə yetirib
SOCAR-ın yeni vitse-prezidenti kimdir? - Dosye
İlham Əliyev açılışda - YENİLƏNDİ
Xoşbəxt Yusifzadə vəfat edib
Yusifzadə açıqladı: 492 milyon ton neft...
Sabah bu ərazilərdə qaz olmayacaq
Bu gün Bakının iki rayonunda QAZ OLMAYACAQ
SOCAR İran neftindən imtina edir – Rəsmi
Dənizə neft axıdan şəxslər ƏLƏ KEÇDİ - DİN
Sabah bu ərazilərdə qaz olmayacaq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 