“Mən imkan daxilində hamıya, gənclərə isə, əlbəttə, maksimum dərəcədə idmanla məşğul olmağı məsləhət görürəm. Ona görə ki, bu, sağlamlıq üçün, ilk növbədə cəmiyyət üçün faydalıdır”.
Bu fikirləri Prezident İlham Əliyev gənclərlə görüşdə gənclərin suallarını cavablandırarkən bildirib.
“Məsələn, elə həmin Vətən müharibəsini götürək. Axı aşağıdan yuxarıya, özü də tam geyinmiş halda avtomatlarla təchiz olunmuş şəkildə dırmaşmaq və yuxarıdan hər şeyə nəzarət edən düşmənə qalib gəlmək üçün çox böyük, inanılmaz fiziki qüvvə tələb olunurdu”, - deyən dövlət başçısı onu da əlavə edib ki, təkcə Daşaltıdan Şuşaya piyada getmək, necə deyərlər, böyük sınaqdır.
“Amma sənin üstünə avtomatlardan, pulemyotlardan, tanklardan atəş yağdırılırsa, mənəvi və fiziki ruh yüksəkliyi lazımdır. Bu, mənəvi və fiziki ruhun birliyidir. Bəs əgər bizim gənclər hazırlıqsız olsaydı, əgər onlar fiziki cəhətdən zəif olsaydı, bacarardılarmı? Bacarmazdılar”.
Prezident İlham Əliyev bildirib ki, idman təkcə fiziki sağlamlıq deyil, bu, həm də özünəinamdır, iş qabiliyyətidir, mənəvi vəziyyətdir.
“Sevimli idman növü məsələsinə gəldikdə isə, deməliyəm, yəqin dəniz sahilində böyümüş insan üçün təbii ki, bu, üzgüçülükdür. Mən şadam ki, indi Azərbaycanın demək olar hər bir şəhərində üzgüçülük hovuzu var. Mənim fikrimcə, bu, həm sağlamlıq üçün, həm də mənəvi vəziyyət üçün ən yaxşı idman növüdür”, - deyə dövlət başçısı vurğulayıb.



Bu kəndin inşası artıq tamamlanıb - İlham Əliyev
İdmana başlayanlar üçün mühüm tövsiyyə
Dövlət başçısı: "Bizim heç bir maliyyə problemimiz yoxdur"
İlham Əliyevdən vətəndaşlara ŞAD XƏBƏR: Bu il...
Prezident Hadrut əməliyyatından DANIŞDI: Onlar üçün gözlənilməz oldu
Prezident və xanımı Alban məbədi ilə tanış oldu - FOTOLAR
Gənclərin və idmançıların respublika toplantısı keçirilib
İlham Əliyev koronavirus xəstələrinə çağırış etdi
Laçın və Zəngilanda da aeroport tikmək planımız var - Prezident
İlham Əliyev “Rossiya-24”ə müsahibə verdi- "Ötən əsrin ən böyük cinayətidir”
Prezident: "Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi yaşayacaq"
Prezident Laçın yolundakı aksiyadan danışdı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 