Azərbaycan Respublikası Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri, texnika elmləri üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin dosenti, millət vəkilli Sadiq Qurbanovun həmmüəllifliyi ilə “Neft şirkətlərinin investisiya cəlbediciliyinin qiymətləndirilməsində tətbiq olunan riyazi modellər” mövzusunda “Scopus” şəbəkəsinə daxil olan “SOCAR Proceedings” jurnalında məqaləsi dərc edilib. Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutunun rəsmi nəşri olan "SOCAR Proceedings" jurnalı 1930-cu ildən nəşr edilir və neft–qaz sənayesinin mütəxəssisləri, aspirantları və elmi işçiləri üçün nəzərdə tutulmuşdur.
Jurnal beynəlxalq sitatgətirmə sistemi “Scopus”, Rusiya Elmi Sitatgətirmə İndeksi və “EI’s Compendex”, “Petroleum Abstracts” (Tulsa), “Chemical Abstracts”, “Inspec” xülasələndirmə sistemlərinə daxildir.
2017-ci ildə beynəlxalq indekslədirmə və xülasələndirmə sistemi “Emerging Sources Citation Index”-ə daxil olunub.
Bu barədə komitə sədri məlumat verib. S.Qurbanov bildirib ki, Azərbaycan və Rusiya Federasiyası alimlərinin (Z.F. Məmmədov, S.H. Qurbanov, E.D.Streltsov, A.I. Borodin,, İ. Yakovenko, A.A. Əliyev) birgə araşdırmasının nəticəsi olan məqalə neft şirkətlərinin investisiya cəlbediciliyi səviyyəsinin qiymətləndirilməsi üçün iqtisadi və riyazi vasitələrin işlənib hazırlanmasına həsr olunub: “Neft sənayesi istənilən ölkənin iqtisadi inkişafının aparıcı qüvvəsidir. COVID-19 pandemiyasının yayılması Rusiyanın neft sektorunda ciddi qeyri-sabitlik probleminə səbəb olub. Bu problem strateji xarakter daşıyır. Onun həlli neft kompleksi müəssisələri tərəfindən investisiyaların aktivləşdirilməsini, nəticədə investisiya obyektlərinin investisiya cəlbediciliyinin səviyyəsinin qiymətləndirilməsi üçün nümunəvi vasitələrin işlənib hazırlanmasını və istifadəsini tələb edir. Bu məqalədə təklif olunan iqtisadi-riyazi model qeyri-səlis məntiqin riyazi aparatının istifadəsinə əsaslanır və keyfiyyətcə müəyyən edilmiş xüsusiyyətlərlə (multiplikator) işləyərkən neft şirkətlərinin investisiya mühitini kəmiyyətcə qiymətləndirməyə imkan verir”.



Ziya Məmmədovun qardaşına VƏZİFƏ VERİLDİ
Ramiz Mehdiyevə yeni vəzifə verildi
Ramiz Mehdiyevə yeni vəzifə verildi
Azərbaycanda sabiq nazir həyatını itirdi
Moskva Dövlət Universitetindən “Azneft” İB-yə təşəkkür ünvanlanıb
Xoşbəxt Yusifzadə vəfat edib
“SOCAR Türkiye”də yeni təyinat oldu
Texniki Universitetinin yeni rektoru kimdir? - DOSYE
SOCAR-a yeni prezident təyin olundu
İqtisadi Araşdırmalar jurnalı mötəbər DOİ indeksinə layiq görülüb
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı 