ONN media xəbər verir ki, bu günlərdə Azərbaycanda nəşr edilən beynəlxalq elmi jurnal - "İqtisadi araşdırmalar" jurnalı yeni nüfuzlu Obyektin Rəqəmsal İdentifikatoru və ya Rəqəmsal Obyekt İdentifikatoru - DOİ (Digital Object Identifier) indeksinə layiq görülüb.
Qeyd edək ki, DOI standartının yaradıcıları − International DOI Foundation − IDF (Beynəlxalq DOI Fondu) və Publishers International Linking Association − PILA (Naşirlərin Beynəlxalq Əlaqəsi Assosiasiyası) adlı beynəlxalq elmi təşkilatlardır. ISO standartı əsasında fəaliyyət göstərən sistem DOI adlarının təyini və daimi istifadəsi üçün texniki və sosial infrastrukturu təmin edir və Beynəlxalq DOI Təşkilatı (International DOI Foundation) tərəfindən idarə olunur.
DOI məqalə haqqında məlumatlar − onun yerləşmə yeri (URL), obyektin adı və onun digər identifikatorları (məsələn, elektron kitab üçün ISBN) haqqında məlumatları, habelə bu obyektlə əlaqəli geniş formalı təsviri məlumatlar toplusunu özündə ehtiva edir
Eyni zamanda elmi məqalələrin saxtalaşdırılmasının qarşısının alınması və elmi jurnalların beynəlxalq bazalara düşməsinə dəstək olması, elmi dərəcə və elmi ad verilməsi üçün elmi məqalələrin Azərbaycan Respublikasında dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər qarşısında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 10 fevral 2023-cü il tarixli qərarı ilə Rəqəmsal Obyekt İdentifikatorunun (DOİ - Digital Object Identifier) alınması tələbi qoyulmuşdur.
Xatırladaq ki, "İqtisadi araşdırmalar" jurnalı (İAJ) 2017-ci ildə Azərbaycan Respublikasında təsis edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət reyestrinə alınmış müstəqil, resenziyalı, beynəlxalq elmi jurnaldı.
İAJ-a mərkəzi Fransanın Paris şəhərində yerləşən dövri nəşrlər üçün nəzərdə tutulan ISSN 2522-9451 - Beynəlxalq Standart Seriya Nömrəsi (International Standard Serial Number) təqdim edilmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tələblərinə və eyni zamanda beynəlxalq standartlara uyğun nəşr edilən jurnalın elm aləmində böyük nüfuza malik Azərbaycanın görkəmli iqtisadçı alimləri ilə yanaşı bir sıra xarici ölkələrdən olan iqtisadçı alimlərdən ibarət redaksiya heyyəti mövcuddur.
Jurnalda 4 dildə (azərbaycan, türk, ingilis və rus) elmi əsərlər - elmi məqalələr çap edilir



Bu gün Bakıda beynəlxalq badminton turniri başlayır
Azərbaycanlı şagirdlər Parisdə diplomla təltif olundu
Azərbaycan MDB-də birinci yeri tutdu
“Teas Press” “Ən yaxşı nəşriyyat” seçildi
“Çölçü” filmi yenidən mükafata layiq görüldü
Azərbaycanlı məktəbli beynəlxalq festivalda birinci yeri tutdu
Mərkəzi Bankın beynəlxalq standarta uyğunluğu təsdiq edildi
DİM-dən bakalavrlara MÜRACİƏT
Komitə sədrinin beynəlxalq elmi jurnalda məqaləsi çap edilib
Azərbaycanda rəqəmsal manat yaradıla bilər
“Kibercinayətlər” adlı elektron kitab dərc olunub
Rəsədxanadan naməlum obyektlə bağlı açıqlama - Video
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu
Arzumun adından dələduzluq edildi
İlham Əliyev sərəncam imzaladı 