ONN media xəbər verir ki, İyunun 1-də və 2-də Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçiriləcək.
Mərkəzdən verilən məlumata görə, uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə iyunun 1-də keçiriləcək tədbirdə Bakı və regionlarda fəaliyyət göstərən uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri də iştirak edəcək.
Festival hər iki gün saat 16:00-dan 19:00-dək davam edəcək.
Tədbir çərçivəsində müxtəlif əyləncə proqramları təqdim olunacaq. Uşaqlar Heydər Əliyev Mərkəzinin parkında quraşdırılan attraksionlarda, buz meydançasında əylənə, rəsm, musiqi proqramlarında və digər əyləncə növlərində iştirak edə, müsabiqələrdə yarışa biləcəklər.
Uşaqlar üçün müxtəlif sahələr üzrə ustad dərsləri təşkil olunacaq və azyaşlı istedadlar parkda onlar üçün ayrılmış ərazidə asfalt örtüyü üzərində rəsmlər çəkərək öz bacarıqlarını nümayiş etdirəcəklər.
Mərkəzin parkındakı göldə ilk dəfə olaraq qayıq müsabiqəsi təşkil olunacaq, konsert proqramı təqdim ediləcək.
Uşaqlar sevimli nağıl personajları ilə görüşəcək, bayramlarını dostlarının əhatəsində, bir-birindən maraqlı sürpriz və hədiyyələrlə dolu şənlikdə keçirmək imkanı qazanacaqlar.
Əraziyə giriş və əyləncələrdən istifadə pulsuz olacaq.



Bakıda "Uşaq festivalı" keçiriləcək
Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib
Arzu Əliyeva Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı”nda olub
Mehriban Əliyeva "Uşaq festivalı" ilə bağlı paylaşım edib
Leyla Əliyeva ad gününü uşaqlarla keçirdi - Fotolar
Uşaqlara şad xəbər
Şamaxıda hava şarları festivalı başladı
Şuşada "Xarıbülbül" musiqi festivalı keçiriləcək
Qələbə günü münasibətilə hərbi orkestrlərin çıxış edəcəyi yerlərin SİYAHISI
Heydər Əliyev Mərkəzinin parkında Faiq Ağayev konsert verdi
Kukla Teatrından uşaqlar üçün sevindirici XƏBƏR
Azərbaycanda Üzüm və Şərab Festivalı keçiriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 