Gələcəkdə xüsusi adlardan istifadə ilə bağlı Mülki Məcəlləyə dəyişiklik ediləcək.
Bunu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli Milli Məclisdə Şuşa haqqında qanunun müzakirəsi zamanı bildirib.
Beləliklə, bununla da müəyyən problemlər aradan qaldırılacaq.
Həmçinin "Şuşa şəhəri haqqında" Qanunun 3.1 maddəsində Şuşa şəhərinin adından istifadə edilməsi təklif olunur. Bu, əvvəl elə başa düşülürdü ki, "Şuşa" adından istifadə qadağa olunur. Lakin xeyr, addan istifadə qanunun qeyd etdiyim 3.1 maddəsinə əsasən tənzimlənəcək və onun əsasında isifadə oluna biləcək.
Deputat Fəzail Ağamalı isə "Olmazmı ki, “Şuşa” adı ilə bağlı qanun digər tarixi abidələrimizin adları ilə bağlı da qəbul olunsun" sualı ilə çıxış edib.
O, fikirlərinin davamında bunun daha ədalətli olacağını bildirib.
Fəzail Ağamalı Şuşa şəhəri ilə bağlı vikipediyanın rusca variantının bərbad vəziyyətdə olduğuna diqqət çəkib:
“Mən bunu müxtəlif platformalarda səsləndirmişəm. Düşünürəm ki, bu məsələyə ciddi yanaşılması və lazımi düzəlişlərin edilməsi vacibdir”.
Deputat Siyavuş Novruzov da deputat həmkarının digər tarixi abidələrin adının qorunması barədə təklifini dəstəkləyib. "Bu yolla tarixi abidələri qoruya bilərik"- o qeyd edib.



Şuşa ilə bağlı qanun layihəsi qəbul edildi
Şuşa şəhəri haqqında qanun layihəsi qəbul edildi
İlham Əliyev bu qərarı qəbul etdi
Şuşa Bəyannaməsi Türkiyə parlamentində müzakirə ediləcək
Şuşa qalasına böyük ölçülü bayrağımız asıldı
Şuşa ilə bağlı xüsusi fond yaradılır
Şuşa istiqamətinə olan biletlərin hamısı satıldı
MM-də “Şuşa haqqında” Qanun layihəsi müzakirə olundu
Arutyunyandan Şuşa ETİRAFI
MN məlumat yaydı: "Şuşa şəhəri..."
Şuşada at sərgiləri keçiriləcək
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 