Beynəlxalq otellər şəbəkəsi Marriott Rusiya bazarından çıxışını elan edib.
ONN media xəbər verir ki, bu barədə şirkətin vebsəhifəsində məlumat verilib.
Şəbəkənin ölkədəki fəaliyyətinin dayandırılmasına səbəb kimi Ukraynanın işğalı ilə əlaqədar Avropa İttifaqı, ABŞ və Böyük Britaniyanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar göstərilir. Şirkət ölkədə fəaliyyətini davam etdirməyin qeyri-mümkün olduğunu bildirir.
Şirkətin vebəsifəsində verilən məlumatına görə, müharibə başlayandan bəri münaqişə zonasında qalmış işçilər və onların ailə üzvlərinə dəstək məqsədilə 1 milyon dollar, habelə Ukraynadan olan qaçqınları yerləşdirməsini təmin edən 85-dən çox otelin təchizatı üçün 2,7 milyon dollar yönəldilib. Marriott şəbəkəsi Rusiyada 25 il fəaliyyət göstərib.
Martın əvvəlində şirkət Moskvadakı ofisini bağladığını, investisiyaların və Rusiyada yeni otellər açılışının dayandırdığını elan etdi. Hilton və Hyatt otel şəbəkələri də eyni qərarı verib.
Yale İdarəetmə Məktəbinin məlumatına görə, Ukraynada müharibə başlayandan bəri 1000-ə yaxın xarici şirkət Rusiyanı tərk edəcəklərini və ya ölkədə fəaliyyətlərini məhdudlaşdıracaqlarını bəyan ediblər.



Rusiya bazarına ağır zərbə- Nəhəng şirkət Rusiyanı tərk edir
Daha bir şirkət Rusiya bazarını tərk edir
“Coca-Cola” da Rusiyada fəaliyyətini dayandırdı
“MakDonalds” Rusiya bazarını tamamilə tərk etdi
"MC Donals" yeni adla Rusiya bazarında
Apple şirkətindən daha bir YENİLİK
1 milyon ölü və yaralı: Rusiya və Ukraynanı demoqrafik fəlakət gözləyir
Otellər açılışa hazırdır- Qiymətlər açıqlandı
İş və istirahət günlərinin yerləri DƏYİŞDİRİLDİ
McDonals restoranlarını bağlayır?
ABŞ-dan Rusiyaya DAĞIDICI SANKSİYA: 1 trilyon dollarlıq aktivlər BLOKLANDI
Yeni ili Bakıda hoteldə qeyd etmək istəyənlərin DİQQƏTİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 