Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə iyunun 12-də keçirilən test imtahanının nəticələri elan olunub.
Bu barədə ONN media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, 2022-ci il 12 iyun tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən hər hansı səbəbdən buraxılış imtahanı çərçivəsində ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2022-ci il mayın 8-də keçirilən Azərbaycan dili imtahanında iştirak etməyən cari ilin məzunları və ali və ya orta ixtisas təhsil müəssisələrinə qəbul olmaq üçün sənəd verən, lakin mayın 8-də keçirilən imtahanda iştirak edib “qeyri-məqbul” qiymət alan cari və əvvəlki illərin abituriyentləri üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçirilib.
İmtahan nəticələri iyunun 20-də saat 17:36-dan etibarən DİM-in internet səhifəsində yerləşdirilib. Şagirdlər 8 rəqəmli şagird kodu və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan), abituriyentlər şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.
İmtahanda iştirakı nəzərdə tutulan 1155 nəfərdən 117 nəfər imtahana gəlməyib.
Şagirdlərin imtahanda toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən cari və əvvəlki illərin abituriyentləri isə imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
İyunun 12-də keçirilən imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 22 iyun 2022‑ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.
Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2022-ci il 21-23 iyun tarixlərində DİM-in internet saytında yerləşdirilən elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.



Bu tarixdə ikinci dəfə test imtahanı keçiriləcək
Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək
Nəticələr AÇIQLANDI
İkinci imtahan bu tarixdə olacaq
DİQQƏT- İmtahan nəticələri elan olundu
Aprelin 28-də əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçiriləcək
DİM abituriyentlərə MÜRACİƏT ETDİ: Bu tarixədək...
İmtahana girməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlərin NƏZƏRİNƏ!
DİM avqustda keçiriləcək imtahanlarla bağlı məlumat yaydı
Buraxılış imtahanları və Azərbaycan dili imtahanının nəticələri elan olunub
Gələn ilin buraxılış və qəbul imtahanının vaxtı açıqlandı
Növbəti buraxılış imtahanlarının vaxtı - Bu rayonlarda keçiriləcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 