ONN media xəbər verir ki, Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən rus bölməsi abituriyentlərinə müraciət edib.
DİM-dən verilən məlumata görə, qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər "Azərbaycan Respublikasının dövlət dili haqqında” qanununa əsasən, "Azərbaycan dili” fənnindən test imtahanı verirlər. Test imtahanı ildə 2 dəfə təşkil olunur. Bu il "Azərbaycan dili” fənni üzrə ilk imtahan aprelin 22-də keçirilib, ikinci imtahan isə iyunun 10-da keçiriləcək.
Aprelin 22-də keçirilən imtahanda "qeyri-məqbul” qiymət alan və ya müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər mayın 18-dən 29-dək qeydiyyatdan keçməklə iyunun 10-da keçiriləcək ikinci "Azərbaycan dili” imtahanında iştirak edə bilərlər.
1- 27 mart tarixlərində ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizə təqdim etməyən cari ilin 9-cu sinif rus bölməsinin abituriyentləri də mayın 18-dən 29-dək kolleclərin müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçə biləcəklər. Göstərilən tarixlərdə qeydiyyatdan keçən rus bölməsinin abituriyentləri 10 iyun tarixində keçiriləcək "Azərbaycan dili” fənni üzrə ikinci imtahanda iştirak edə biləcəklər. Yəni həmin abituriyentlər Azərbaycan dili fənni üzrə imtahanda iştirak etmək üçün əlavə qeydiyyatdan keçməyəcəklər.
Kolleclərin müsabiqəsində iştirak etmək üçün 1-27 mart tarixlərində qeydiyyatdan keçməyən cari ilin Azərbaycan bölməsi məzunlarına isə ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarında iştirak edib tələb olunan müsabiqə şərtlərini ödədikləri halda iyulun 25-dən avqustun 6-dək ixtisas seçimi müddətində qeydiyyatdan keçib müsabiqədə iştirak etmək imkanı yaradılacaq.



Bu tarixdə ikinci dəfə test imtahanı keçiriləcək
Bu gün imtahan keçirilir
DİM abituriyentlərə MÜRACİƏT ETDİ: Bu tarixədək...
İmtahana girməyən və ya “qeyri-məqbul” qiymət alan abituriyentlərin NƏZƏRİNƏ!
Aprelin 28-də əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçiriləcək
Nəticələr AÇIQLANDI
Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək
DİQQƏT- Bu imtahanın nəticəsi açıqlandı
Kolleclərə qəbul olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ!
Əvvəlki illərin məzunları üçün imtahan nə vaxt keçiriləcək?
İmtahanların nəticəsi ELAN EDİLDİ
DİM avqustda keçiriləcək imtahanlarla bağlı məlumat yaydı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 