Müqəddəs Qurban bayramına saatlar qalır. Ölkəmizdə yüz illərdir qeyd edilən bu bayramda imkanı olan insanlar qurban kəsir, imkansızlara, kimsəsizlərə paylayır.
İslam dininə görə, imkanı olmayanlar arasından da bir neçə şəxs bir araya gəlib qurbanlıq qoyun ala, kəsə bilərlər.
Bəs bizim deputatlar Qurban bayramını necə qeyd edəcəklər? Şəriətdə 3, ölkəmizdə 2 gün rəsmi bayram olaraq qeyd edilən bu müqəddəs günlərdə qurban kəsəcəklərmi?
Millət vəkillərinin "bu il qurban kəsəcəksizmi?” –sualına deputatlarımızın cavablarını olduğu kimi təqdim edirik:
Siyavuş Novruzov: "Mütləq qurban kəsəcəyəm. Ümumiyyətlə, hər il qurban kəsirəm, əsasən imkansız adamlara paylayıram. Bir cöngə rayonda, birini Bakıda kəsdirirəm”.
Deputat Aqil Abbas: "Təbii ki, qurban kəsəcəyəm. Hər il qurban kəsirəm, özü də qohum-əqrabaya yox, imkansızlara paylayıram. Birini doğulduğum kənddə kəsdirib oradakı imkansızlara, birini də Bakıda kəsdirib fəhlələrə göndərirəm. Ev tikənlər, fəhlələr çoxdur, onlara aparıram.
Deputat Musa Quliyev: "Bəli, hər il qurban kəsirik, bu il də kəsəcəyik. Əsasən qaydalara uyğun bölüşdürür, tanıdığımız imkansız adamlara paylayırıq. Qurban bayramınız mübarək olsun!”.
Deputat Nəsib Məhəməliyev: "Əvvəla xalqımızı müqəddəs Qurban bayramı münasibətilə təbrik edirəm. Allah qurbanlarımızı, dualarımızı qəbul etsin. İnşəallah kəsəcəyik. Gözümüzü açandan, sovet dönəmində belə ailəmizdə hər il qurban kəsilib və mən də hər il kəsmişəm. İmkansız ailələrə paylanılır”.
Deputat Vüqar Bayramov: "Qurban bayramı aztəminatlı ailələrə, eləcə də qayğıya ehtiyacı olanlara daha yaxından dəstək olmaq üçün bir gündür. Qurban bayramının fəlsəfəsi məhz insanların əldə etdiklərinin bir hissəsini kimsəsizlərlə paylaşmasıdır. Xüsusən də sosial təminata daha çox ehtiyacı olan vətəndaşlara dəstək məqsədi daşıyır. Mən də uzun illərdir Qurban bayramında qurban kəsdirirəm. Həmin qurban ətini kimsəsizlərə paylayıram. Bu il də istisna olmayacaq. Sabah qurbanlar kəsdirib kimsəsiz ailələrə təqdim edəcəyəm. Qurban ətini həmişə kimsəsiz ailələrə göndərmişəm. Çalışmışam ki, o ət məhz ehtiyacı olan ailələrə çatdırılsın".
Deputat Elman Nəsirov: Hər il 3, ya da 4 qurbanlıq qoyun alıb kəsdirirəm. Əsasən, usaq evlərinə, qonşuluğumuzda yataqxanada yaşayan ehtiyacı olan insanlara və rayonda sağlamlığında ciddi problemlər səbəbindən işləməyən şəxslərə qurban payı çatdırıram.
Deputat Naqif Həmzəyev: "Şəxsən özüm qurban kəsməyəcəyəm. Qurban bayramınız mübarək olsun! // Publika.az



Ramazan bayramında qurban kəsmək olarmı? – Hacı Şahin
Kimlərə qurban əti vermək olmaz?
Qurban ətinin əvəzinə ehtiyacı olan şəxsə pul vermək olar? - AÇIQLAMA
Azərbaycanda Qurban bayramı nə vaxtdır?
Bu gün Azərbaycanda Qurban Bayramı qeyd olunur
Qurban Məmmədovun Türkiyədə saxlanılması ilə bağlı MÜHÜM XƏBƏR
Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur
Azərbaycanda Qurban bayramı qeyd olunur
İlham Əliyevdən Qurban bayramı paylaşımı
ABŞ-ın dövlət katibindən müsəlmanlara jest
Qurban bayramında neçə gün iş olmayacaq?
Orduda Qurban Bayramı belə qeyd olundu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 