Hərəkətdə olan Bakı-Sumqayıt elektrik qatarına daş atararaq vaqonların şüşəsini sındıran və sərnişinlərin həyatı üçün real təhlükə yaradan azyaşlılar müəyyən ediliblər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində hərəkətdə olan zaman nəqliyyat vasitəsinə kənardan daş atılıb. Nəticədə vaqonlardan birinin şüşəsi qırılıb və sərnişinlərin həyatı üçün real təhlükə yaranıb.
Eyni zamanda, bu hal qatarın hərəkətində gecikməyə səbəb olub. Məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Həyata keçirilən tədbir nəticəsində qeyd edilən hadisəni törədən şəxslər müəyyən edilərək saxlanılıblar. Qatara daş ataraq maddi ziyan vuran, həmçinin sərnişinlər arasında ciddi narahatçılığına səbəb olanlar yetkinlik yaşına çatmayan şəxslər olduğundan onlar valideynləri ilə birlikdə Sabunçu Xətt Polis Şöbəsinə gətiriliblər. Burada həmin şəxslərdən valideynlərinin iştirakı və razılığı ilə izahat alınıb. Polis əməkdaşları tərəfindən qeyd edilən hadisəni törədən şəxslərin valideynləri ilə profilaktik söhbətlər aparılıb və onların diqqətinə övladları üzərində nəzarəti daha gücləndirməyin vacib olduğu çatdırılıb.
Faktla bağlı Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsində araşdırmalar tədbirləri davam etdirilir.



Bakı-Sumqayıt qatarının şüşələrini sındıran azyaşlılar saxlanıldı
Bakı-Sumqayıt və Bakı-Sabunçu qatarlarında cədvəl dəyişir
Bakı-Sumqayıt qatarı niyə gecikib?
Azyaşlı uşaqlar Bakı-Sumqayıt qatarının şüşələrini sındırdı
Güclü küləyə görə qatarlar hərəkət qrafikindən çıxdı
Bakı-Gəncə sürət qatarı yolda qaldı
Bakı-Sumqayıt qatarından istifadə edənlərin NƏZƏRİNƏ
Bakı-Sumqayıt qatarı niyə gecikdi? - Rəsmi
Sumqayıt-Bakı qatarında gecikmə: Nasazlıq yarandı
Bakı-Sumqayıt-Bakı qatarlarından istifadə edənlərin nəzərinə
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 