Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb.
ONN media xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Agentlik əməkdaşları tərəfindən paytaxtın Xətai rayonu, M.Hadi küçəsi, ev 376 ünvanında fəaliyyət göstərən Yakudza MMC-yə məxsus “Yakudza” restoranında aparılan plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi müəyyən edilib.
Belə ki, müəssisədə havalandırma sistemlərinin və həşəratlara qarşı qoruyucu torların quraşdırılmadığı, xammal və inqrediyentlərin xarab olma və çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, temperatur rejiminə və mal qonşuluğu prinsipinə əməl olunmadığı, sanitar qovşağın mətbəxdə yerləşdiyi və qapısının birbaşa emal sahəsinə açıldığı müəyyən edilib.Bundan başqa, müəssisədə müştərilərə təqdim olunması üçün nəzərdə tutulan, bir dəfəlik istifadə üçün qablaşdırılmış məhsulların üzərində etiket məlumatlarının göstərilmədiyi, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təchiz edilmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı, döşəmə, divar və tavanın asan yuyulub-təmizlənə bilən, suya və dezinfeksiyaedici maddələrin təsirinə davamlı materiallarla üzlənmədiyi və digər nöqsanlar aşkar olunub.Aşkarlanmış nöqsanlarla bağlı müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib, həmçinin müəssisənin fəaliyyəti məhdudlaşdırılıb//axar.az



Lənkəranda dondurma emalı müəssisəsi bağlandı
"Göyçə təndirin"də BİYABIRÇI MƏNZƏRƏ
Bakıda məşhur restoranın fəaliyyəti dayandırıldı - SƏBƏB?
Azərbaycanda şadlıq evinin fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB
“Yanar Dönər” bağlandı - BUNA GÖRƏ...
“İvanovka” adı altında süd məhsulları istehsal edən sex bağlandı
İsmayıllıda aptekdə aşkarlanan nöqsanlar bunlardır
Şəkidə çörək sexinin fəaliyyəti niyə məhdudlaşdırıldı?
Unlu qənnadı məmulatların istehsalı dayandırıldı
Qrildən elə birşey çıxdı ki...- Obyekt bağlandı
Bakıda bu sexdə südün üstündə həşəratlar gəzir - Foto
Şamaxıda kafedə nöqsanlar aşkarlandı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 