Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan sürücülərə xəbərdarlıq edib.
İdarənin əməkdaşı polis leytenantı Rüstəm Əhmədli ONN media-ya bildirib ki, mütəmadi olaraq bu istiqamətdə proflaktiki tədbirlər görülsə də, sürücülərin yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınma halları davam edir:
"Bu kimi hallar zərərçəkmiş tərəfdən müraciətlərə gətirib çıxardır ki, sadəcə vaxt itkisi deyil, bir çox problemlərə səbəb olur. Araşdırmalar zamanı aşkar edilir ki, sürücülər lüzümsuz bəhanələrlə inzibati məsuliyyətdən yayınma istəyirlər.
Bir daha sürücülərə xəbərdarlıq edirik ki, yol-nəqliyyat hadisəsi zamanı dərhal aidiyyəti üzrə polisə məlumat verməli və DYP əməkdaşları gələnə qədər olay yerini tərk etməməlidirlər. Çünki məhz polis əməkdaşının rəyi əsasında qərar verilməli, ondan sonra hadisə yeri tərk olunmalıdır".
R.Əhmədli deyib ki, bir çox hallarda sürücülər yol-nəqliyyat hadisəni gizlədərək öz aralarında razılaşırlar: "Sonradan tərəflər arasında mübahisə yaranır və şikayətlər daxil olur. Odur ki, bu kimi halları nəzərə alaraq qanun çərçivəsində hərəkət edilməli və hadisəyə yol polisinin hüquqi qiymət verilməsi təmin olunmalıdır".



DYP-dən sürücülərə VACİB XƏBƏRDARLIQ
DYP sürücülərə xəbərdarlıq etdi
Bunu etməsəniz, cərimə olunacaqsınız — Sürücülərə XƏBƏRDARLIQ
DYP sürücülərə növbəti dəfə xəbərdarlıq etdi
Zabratda avtobus sürücüsü qəza törədərək hadisə yerindən qaçdı
DYP-dən sürücülərə MÜHÜM XƏBƏRDARLIQ
Piyadanı vurub hadisə yerindən yayınan şəxs saxlanıldı - DİN
Yol polisi sürücülərə müraciət etdi - Belə hallar tez-tez baş verir
Yol polisindən sürücülərə xəbərdarlıq
DYP-dən MÜHÜM XƏBƏRDARLIQ: Bu sürücülər cərimələnəcək
Kəlbəcərdə yük maşını aşdı- ÖLƏN VAR
Küləkli hava nə vaxta kimi davam edəcək?
Türkiyə İranın parçalanmasının qarşısını aldı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu? 