Aİ nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planını bərpa etmək qarşılığında İrana bir sıra banklara və iqtisadi strukturlarına qarşı sanksiyaların ləğvini, İran neftinin ixracına qoyulan qadağanın aradan qaldırılmasını, habelə İranın dondurulmuş vəsaitlərinin bir hissəsinin Tehrana qaytarılmasını təklif edib.
Məlumata görə, təklifə əsasən, sazişin imzalanmasından sonrakı ilk gündə 17 İran bankından və 150 iqtisadi strukturdan sanksiyalar götürüləcək. Bundan əlavə, sazişin imzalanmasından sonra 120 gün ərzində İran yoxlama mexanizmi ilə 50 milyon barel neft, 120 gündən sonra isə 2,5 milyon barel neft ixrac edə biləcək. Həmçinin, İranın Cənubi Koreyadakı 7 milyard dollar vəsaiti ölkəyə qaytarılacaq.
Qeyd edək ki, Birgə Hərtərəfli Fəaliyyət Planı 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının Daimi üzvləri olan beş ölkə və Almaniya tərəfindən imzalanıb. 2018-ci ildə ABŞ-ın o zamankı prezidenti Donald Tramp bu sazişdən çıxmaq qərarına gəlib. Amerikanın hazırkı lideri Co Bayden dəfələrlə Vaşinqtonu Tehranın nüvə sazişinə qaytarmağa hazır olduğuna işarə edib. Rusiya, Böyük Britaniya, Almaniya, Çin, ABŞ və Fransa keçən ilin aprelindən Vyanada İranla sazişin ilkin formada bərpası üçün danışıqlar aparır.
Avqustun 11-də Aİ diplomatları İslam Respublikası ilə nüvə sazişinin bərpası üçün sənədin yekun mətnini hazırlayıblar. Bu məlumata görə, Brüssel Tehrana güzəştlər təklif edib. Bazar ertəsi İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bildirib ki, Tehran Avropa tərəfinin təkliflərinə yazılı cavab verəcək.



Rusiyadan İrana BÖYÜK DƏSTƏK
İranın ABŞ-la bağlı ŞOK TƏLƏBİ
İran nüvə sazişində qalacağını bəyan etdi
Aİ ABŞ-ın qərarına QARŞI ÇIXDI: “İmkan verməyəcəyik”
Ağ Evin İrana qarşı tələbləri nədir?
Ruhanidən ABŞ-la bağlı AÇIQLAMA
İranın qərarı DÜNYANI SİLKƏLƏYƏCƏK: bu gündən başlayaraq...
İran nüvə sazişi barədə SON QƏRARINI...
Ruhani sanksiyaların bərpasını şərh etdi - Bundan sonra…
Müharibə variantına 5 GÜN QALDI
Ya savaş, ya pul…-İran ABŞ-dan 50 milyard dollar istədi
Tehran ABŞ-a MEYDAN OXUDU: Peşman olacaqsınız!
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 