Sanksiyalar iqtisadi təsirini göstərəcək, amma siyasətimizi dəyişdirməyəcək, ABŞ bunu öyrənməlidir.
ONN media Publika -ya istinadən xəbər verir ki, İranın Xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın CBS telekanalına açıqlamasında bildirib.
“ABŞ sanksiyalarla bütün problemlərin həll ediləcəyinə inanır, amma həll etmir”, - o deyib.
Sanksiyaların psixoloji təsirinin olduğunu ifadə edən Zərif bu təsiri daha əvvəldən hiss etməyə başladıqlarını qeyd edib. Onun sözlərinə görə, noyabrın 4-də ABŞ-ın tətbiq edəcəyi sanksiyaların böyük təsiri olmayacaq.
İranın xarici siyasət idarəsinin başçısı ölkənin maraqlarına xidmət etdiyi müddətdə nüvə razılaşmasından çıxmayacağını vurğulayıb.
“Prezident Donald Trampa bunun ən yaxşı anlaşma olduğuna dair təminat verirəm. Bundan daha yaxşısı mümkün deyil. İran nüvə razılaşmasını yenidən müzakirə etməyəcək”, - nazir söyləyib.
Daha əvvəl Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton “Fox News” telekanalının efirində deyib ki, bərpa olunmuş əvvəlki sanksiyalar ölkədə dəyişikliklərə gətirib çıxarmasa, ABŞ İran barəsində sanksiyaların yeni variantlarını tapacaq.
“Düşünürük ki, lazım olan sanksiyalar ölkədə əhəmiyyətli iqtisadi və siyasi effekt doğuracaq. Biz İran rejiminin davranışında ciddi dəyişikliklər istəyirik. Əgər İran öz siyasətini dəyişdirməsə, o halda ölkəyə qarşı əlavə məhdudiyyətlər tətbiq ediləcək”, - Bolton bildirib.
Qeyd edək ki, avqustun 7-də İrana qarşı Amerika sanksiyalarının bir hissəsi bərpa edilib. Sanksiyalar İranın avtomobil istehsalı sektorunu, qızıl və bir sıra metalların ticarətini hədəf alıb. Sanksiyalar noyabrın 5-dən neft məhsullarına qarşı tətbiq olunacaq.



Zərifdən Trampa ÇAĞIRIŞ
İran nüvə proqramını bərpa edə bilər
Tehran ABŞ-a MEYDAN OXUDU: Peşman olacaqsınız!
Zərif Paşinyan barəsində nələr danışdı?
Zərif bəyənata cavab verdi
Trampa böyük ZƏRBƏ
Ərdoğan Putin nəyi müzakirə edəcək? - Çavuşoğludan açıqlama
Zərif İrəvandan ELAN ETDİ: İran Qarabağ məsələsində...
İranla bağlı ŞOK İDDİA
İrandan Avropaya NÜVƏ XƏBƏRDARLIĞI
İran TƏHDİD ETDİ: ləğv olunmasa...
Bu gün Lavrov və Zərif Qarabağı müzakirə edəcəklər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 