ABŞ alim və neyrobioloqları beyinin elektromaqnit aktivliyini qeydə alan, emal edən və canlandıran neyroimplant vasitəsilə qısamüddətli yaddaşı 35 faiz yaxşılaşdırmağın mümkünlüyünü sübut ediblər.
Milli.Az ICTnews-a istinadən bildirir ki, ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyi (Defence Advanced Research Project Agency - DARPA) tərəfindən maliyyələşdirilən tədqiqat təsviri elmi fantastika kimi səslənən texnologiyanın həyata keçirilmə imkanını sübut edib. Neyroimplant beyinin elektromaqnit aktivliyini tanıyır, yaddaşdan xatirələrin düzgün çıxarılması ilə müşayiət olunan nümunələri ayırır və onları canlandıraraq ayrı-ayrı neyron qruplarını zəif elektrik impulsları ilə stimullaşdırır.
Məlumata görə, aparılan tədqiqatda epilepsiya diaqnozlu və xəstəliklə əlaqədar qısamüddətli yaddaşını itirən 15 nəfər iştirak edib. Neyroimplant digər əməliyyat aparılan zaman onların beyninə daxil edilib. Hippokampa (limbik sistemin bir hissəsi olmaqla məlumatın saxlanılmasında böyük rol oynayır) yerləşdirilən implantlar eksperiment iştirakçılarının qısamüddətli yaddaşını orta hesabla 35 faiz yaxşılaşdırıb.
İş müəlliflərindən biri olan Robert Hempson bundan əvvəl heyvanlar üzərində uğurlu eksperimentlərin keçirilməsini bildirərək tədqiqatın insanlar üzərində bu dərəcədə effektiv alınmasından təəccübünü gizlətməyib.
Yaddaşı gücləndirən neyroimplantın sınanır



Yaddaşı dərmansız necə yaxşılaşdırmaq olar?
Acı xatirələri beyindən necə silək?
Bu qidalar yaddaşı gücləndirir
“Facebook” istifadəçi aktivliyini artırmaq üçün nə edəcək?
Vasabi yaddaşı yaxşılaşdırır
Azərbaycanda 35 yaşadək elmlər doktoru olanlara mükafat verilir 5000 manat
Rusiyada hərbi institutda GÜCLÜ YANĞIN: ölənlərin sayı 11 nəfərə çatdı
Azərbaycanda yeni yemiş sortları yaradıldı
Övladınızın zehnini açacaq - 10 QİDA
Nazirlik universitetlərlə bağlı bu qaydaları təsdiqlədi
Beyinin sağlamlığı üçün bu vitamindən istifadə edin
AMEA Qarabağda tədqiqat işlərinə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 