“Türkiyə lirəsinin ABŞ dolları qarşısında birdən-birə bu qədər dəyərdən düşməsi uzun müddətdir ki, gözlənilirdi”.
Bunu ONN media-ya söyləyən keçmiş maliyyə naziri, iqtisadçı-ekspert Fikrət Yusifov əsas səbəblərindən birinin Türkiyə iqtisadiyyatında baş verən proseslərlə bağlı olduğunu diqqətə çatdırdı.
Onun sözlərinə görə, dövlət xərclərinin artması da lirənin ucuzlaşmasına təsir edən əsas amillərdən biridir:
“Bu xərclər reallıqdan, yəni Türkiyə dövlətinin daşıya biləcəyi yükdən daha yüksəkdir. Hərbi xərclərin sürətlə artması isə problemi daha da dərinləşdirir. Bunların fonunda da lirənin ucuzlaşması baş verir. İlin sonuna doğru vəziyyət daha da gərginləşəcək”.
Son dövrlərdə Türkiyənin dünya siyasi səhnəsində çəkisinin artdığını söyləyən F.Yusifov qeyd etdi ki, bu da bəzi qüvvələr, eləcə də Qərb dövlətləri tərəfindən qısqanclıqla qarşılanır:
“Bu fonda da qardaş dövlətə qarşı müəyyən sıxıntılar yaradılır. Ankaranın Moskva ilə yaxınlaşması da belə problemlərin yaranmasında başlıca rol oynayır”.
Türkiyənin Azərbaycan üçün bir çox məsələdə, mühüm əhəmiyyətə malik olduğunu söyləyən keçmiş nazir vurğuladı ki, bu ölkələr arasında ticarət əlaqələr çox yüksəkdir:
“Bu gün Azərbaycanın xarici ticarət dövriyyəsində Türkiyə birinci yerdədir. Buna görə də lirənin ucuzlaşması fonunda baş verənlər rəsmi Bakını ciddi düşündürməlidir. İndidən alternativ tədbirlər görülməlidir ki, qardaş ölkədə baş verənlər bizim iqtisadiyyatımıza və milli valyutamıza təsir etməsin”.
Xatırladaq ki, Türkiyə lirəsi dollar qarşısında ucuzlaşaraq rekordunu yeniləyib. Dollar/TL məzənnəsi 18.17 məzənnəsini keçərək 18.1750 lirəni görüb. Bu isə 2022-ci il üzrə ən yüksək göstəricidir



Türk lirəsi niyə kəskin ucuzlaşdı?
Lirənin ucuzlaşması manata təsir edəcək?
Türkiyə iqtisadiyyatı böhrana sürüklənə bilər - ŞƏRH
Azərbaycanda da dollar bahalaşacaq?- ŞOK
"SOCAR" canlı yayımda Türkiyəyə ianə etdi
Türk lirəsi buna görə ucuzlaşır - Ekspert
Türkiyədə dollar 13 lirəni keçdi, Ərdoğan onu YANINA ÇAĞIRDI
Türk lirəsi sürətlə bahalaşır
Arzu Nağıyev: “Vaşinqtonla Ankara razılaşacaq, türk lirəsi...”
Türkiyə Rusiya bazarını sürətlə ələ keçirir
Türkiyədən Azərbaycana idxal edilən məhsullar ucuzlaşacaq - VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 