Donald Trampın son tiviti ilə ABŞ-Türkiyə arasında qarşıdurma pik həddinə çatdı. ABŞ prezidenti Türkiyədən alınan alüminium və poladın gömrük rüsumlarını artırdığını elan etdi, bundan sonra türk lirəsi dollar qarşısında sürətlə dəyər itirməyə başladı. Bu qarşıdurmanın kökləri və Türkiyənin ABŞ hücumları qarşısında duruş gətirə biləcəyi ilə bağlı müəyyən suallar var.
ONN media xəbər verir ki, Politoloq Arzu Nağıyev Türkiyədə həbsdə olan amerikalı rahib Endryu Brunsonun FETÖ lideri Gülənlə dəyişdirilməsi planının olduğunu, lakin bunun istənilən nəticə vermədiyini bildirib.
Onun sözlərinə görə, Brunson böhranı məsələnin görünən tərəfidir: “Lakin son dövrlər Türkiyənin Rusiya ilə daha da yaxınlaşması, Rusiyadan S-400 raketlərini almaq istəyi ABŞ-ı qıcıqlandırır. Suriyada, İraqda və digər ərazilərdə Türkiyəyə NATO üzvü kimi münasibət göstərildi, lakin iqtisadi məsələdə bunun əksi baş verdi. Türkiyədən alınan alüminium və poladın gömrük rüsumunun artırılması türk lirəsinin dəyərinin azalmasına səbəb oldu”.
A. Nağıyev qeyd edib ki, türk lirəsinin dollar qarşısında kritik nöqtəsi 5,5 idi.
“Yəni, 1 dollar 5,5 lirə olması qırmızı xətt idi. Artıq bu xətt keçilib. Problemlər əsasən kreditlərlə həyata keçirilən böyük infrastruktur layihələrində yaranır. Türkiyə iqtisadiyyatına zərər dəyir, lakin fikrimcə, hər bir dövlətin öz iqtisadi problemlərini aradan qaldırmaq üçün planları var. Türkiyənin bu problemi aradan qaldıracağını düşünürəm. Hesab edirəm ki, Vaşinqton və Ankara sonda ortaq məxrəcə gələ biləcəklər və Türkiyənin milli valyutasının dəyərdən düşməsinin qarşısı alınacaq”, - deyə o bildirib.



Trampa XƏBƏRDARLIQ: Türkiyədəki 50 nüvə bombasını unutma
Türkiyə BACARDI: Dollar ucuzlaşdı
Məşhur musiqiçinin Trampa cavabı dünyanı ŞOKA SALDI
Türkiyədə dollar yenə bahalaşdı
Türk lirəsi sürətlə bahalaşır
Türkiyədən Azərbaycana idxal edilən məhsullar ucuzlaşacaq - VİDEO
Türk lirəsi dəyərdən düşür- NƏLƏR BAŞ VERƏCƏK?
Ərdoğanın üzünə baxa-baxa ELAN ETDİ: Trampa gözlənilməz ZƏRBƏ
Tramp BUNU GÖZLƏMİRDİ - Dünya dolları...
S-400, yoxsa Patriot? –Türkiyə çətin SEÇİM qarşısında
Türkiyə hərəkətə keçdi - ABŞ BUNU GÖZLƏMİRDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 