Türkiyənin Avropa Birliyi və ABŞ-la münasibətlərinin zəifləməsi fonunda türk lirəsi son bir neçə həftə ərzində dollar qarşısında dəfələrlə ucuzlaşıb. Əgər türk lirəsi dollar qarşısında ucuzlaşıbsa, manat qarşısında da dəyərini itirmiş hesab edilir. Azərbaycana Türkiyədən qida, geyim məhsullarını idxal edildiyini nəzərə alsaq, həmin məhsulların qiymətində nə kimi dəyişiklik olacagı məsələsi gündəmə gəlir. Ekspertlər ucuzlaşmanın olacağını proqnozlaşdırırlar.
ONN media xezerxeber.az -a istinadən xəbər verir ki, hazırda Türkiyədə 1 dollar 4.7-4.8 lirəyə bərabərdir.Türkiyənin ABŞ və Avropa Birliyi ilə münasibətlərinin korlanması vəziyyətin hələ bir müddət bu cür davam edəcəyindən xəbər verir. Azərbaycana Türkiyədən qida, geyim və digər məhsulların idxalını nəzərə alsaq, onların da qiymətinin dəyişməsini gözləmək olar.
İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, idxal məhsullarında qiymətin enməsi gələn ayın sonuna təsadüf edəcək. İlk növbədə, əvvəlki aylarda köhnə qiymətə alınan məhsulların tam istehlak edilməsi lazımdır.
Məlumdur ki, ölkəmizdən Türkiyənin kurort şəhərlərinə dincəlməyə gedənlərin sayı çoxdur. Turizmçilər deyir ki, lirənin dəyər itirməsi turizm sektoruna da təsir göstərəcək. Ekspert Valeh Cəfərov deyir ki, turpaketlərdə ucuzlaşma bir qədər gec yaşanacaq. Təbii ki, lirənin ucuzlaşması belə davam edərsə...
Proqnozların özünü doğruldub-doğrultmayacağını isə zaman göstərəcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
[embed]https://www.youtube.com/watch?v=K_nhUQvRhK4[/embed]



Azərbaycanda bu məhsullar ucuzlaşacaq
Lirənin ucuzlaşması manata təsir edəcək?
Kərə yağının qiyməti bahalaşa bilər – QİYMƏTLƏR
Türk lirəsinin qiyməti minimuma enib
Türk lirəsi buna görə ucuzlaşır - Ekspert
Azərbaycanda banan idxal qiymətindən 3 dəfəyə yaxın baha satılır
Azərbaycanda bu məhsullar UCUZLAŞACAQ - Yeni qanun qüvvəyə minir
Maşın almaq istəyənlərə PİS XƏBƏR
Arzu Nağıyev: “Vaşinqtonla Ankara razılaşacaq, türk lirəsi...”
Azərbaycana ən çox bu ölkələrdən avtomobil gətirilir - SİYAHI/QİYMƏTLƏR
Gömrük rüsumu ləğv edildi: Bu məhsullar ucuzlaşacaq
Kərə yağı üçün gömrük rüsumu 3 dəfə azaldılıb, bəs qiymətlər niyə endirilmir? - VİDEO
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 