Azərbaycanda vətəndaşların Vatsap hesablarının ələ keçirilməsi halları müşahidə edilir.
ONN media xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin yaydığı xəbərdarlıqda bildirilir.
Xidmətin apardığı ilkin araşdırma nəticəsində məlum olub ki, bu hallar ölkə ərazisində fəaliyyət göstərən mobil operatorların şəbəkəsində mövcud olan hər hansı bir çətinliklə bağlı deyil. Həmçinin qurum problemin səbəbinin müəyyənləşdirilməsi məqsədilə Vatsap mobil tətbiqinin inzibatçısı “Meta Platforms, Inc.” şirkətinə müraciət edib. Araşdırma zamanı oxşar halların 80-dən çox ölkədə müşahidə edildiyi aşkarlanıb. Xidmət araşdırmanın nəticələrini beynəlxalq əməkdaşlıq çərçivəsində digər dövlətlərin analoji strukturlarına təqdim edib.
Həmçinin Vatsap mobil tətbiqinin şübhəli istifadəçi hesablarını bloklaması halları da müşahidə olunur. Bloklanmış istifadəçi hesablarını Vatsap 24 saat ərzində nəzərdən keçirir və hər hansı şübhəli hal aşkarlanmadıqda tətbiq edilmiş məhdudiyyəti aradan qaldırır.
Vətəndaşlara Vatsap mobil tətbiqində mövcud hesabların təhlükəsizliyini gücləndirmək üçün ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirmək tövsiyə edilir. Təlimatla bu linkə keçid edərək tanış olmaq mümkündür.
Həmçinin bu hallarla qarşılaşan şəxslərdən xahiş olunur ki, 1654 qaynar xətti, www.cert.az saytı və ya [email protected] e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat versinlər.
Hazırda məsələ ilə əlaqədar səlahiyyətli qurumlarla birlikdə araşdırma davam etdirilir.



"Whatsapp"la bağlı XƏBƏRDARLIQ
"Whatsapp" yeni funksiyanı sınaqdan keçirir
Bu telefonlarda Vatsap işləməyəcək
"Whatsapp"la bağlı daha bir YENİLİK
"Whatsapp"da daha bir YENİLİK
Bu telefonlardan istifadə edənlərin NƏZƏRİNƏ
"Whatsapp"la bağlı XƏBƏRDARLIQ
Yazışmalarınız ələ keçirilə bilər - Vətəndaşlara xəbərdarlıq
Vatsapla bağlı XƏBƏRDARLIQ
Whatsapp istifadəçilərinin NƏZƏRİNƏ
“TikTok” ilk dəfə qlobal istifadəçi statistikasını açıqladı
“WhatsApp” bəzi smartfonlarda fəaliyyətini dayandırır
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 