Fikrimcə, Rusiyanın bəzi media orqanlarında əleyhimizə səsləndirilən ittihamlar yüksək səviyyədə üçtərəfli görüşə (planlaşdırılan Əliyev-Putin-Paşinyan görüşü nəzərdə tutulur – red.) hazırlıqların aparıldığı ərəfədə tərəflərə təzyiq məqsədi güdür.
Bu sözləri ONN media-ya Rusiyanın dövlət kanallarında Azərbaycanın ərazi bütövlüyünə qarşı təxribatların sayının artması haqda danışan politoloq Fərhad Məmmədov deyib.
Politoloq bu kampaniyanın Rusiyanın öz mövqelərinə zərbə vuracağını bildirib:
“Sözügedən media orqanlarında bir tərəfdən Paşinyanın qərbyönümlülüyü tənqid edilir, digər tərəfdən isə separatçıların subyekt kimi qəbul olunması istiqamətində iş aparılır. Bəlkə də Ukraynadakı müharibədən əvvəl atılan belə addımların hansısa “səmərəliliyi” ola bilərdi. Ancaq hazırki məqamda bu, heç nəyi dəyişə bilməz. Azərbaycan bəhs etdiyimiz təxribata sərt nota ilə cavab verdi. Ermənistanda isə artıq bir neçə aydır ki, Rusiya əleyhinə ciddi kampaniyalar aparılır, hətta KTMT-dən çıxmaq məsələsini ölkə parlamentində müzakirəyə çıxarmaq istəyən qruplar var. Bütün bunlar onu göstərir ki, Rusiyanın Cənubi Qafqazdakı resursları və təzyiq imkanları azaldıqca, bölgədə güvəndiyi qüvvələrin də hərəkət imkanları kiçilir. Diqqət yetirin, əgər əvvəllər Rusiya bölgədəki siyasətini Ermənistanın üzərindən həyata keçirirdisə, indi demək olar ki, əlində qalan Qarabağdakı separatçı tör-töküntülərdir. Baş verənlər və Rusiyanın əl atdığı metodlar onun getdikcə zəifləməsinin təsdiqidir.
Rusiyada media vasitəsilə aparılan kampaniya isə əks nəticə verəcək və bölgədə Kremlə qarşı mənfi münasibət, etiraz getdikcə yüksələcək”.



Rusiya kanallarında Paşinyanla bağlı biyabırçılıq
Bu gün Əliyev, Putin və Paşinyan arasında görüş keçiriləcək
Paşinyan Əliyevin andiçmə mərasiminə gələ bilər?
Əliyev, Putin və Paşinyan görüşə bilər
Paşinyan saxta “çevriliş şousu” hazırlayır
Avropa Parlamenti yenə əleyhimizə səs verdi- SƏFİRLƏR NƏ EDİR?
“Rusiya Azərbaycanı nüvə ölkəsinə çevirir” – ŞOK AÇIQLAMA
Rusiya Zəngəzur dəhlizini necə açmaq istəyir?
Paşinyanın Putinlə görüşü: Yeni hərbi bazalar yaradılır?
Paşinyan Rusiyanın təklifini rədd etdi
Araik Bakının tələbini qəbul etməyə niyə can atır?
Sülhməramlılar özlərini belə ifşa etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 