Rusiyanın televiziya və Yutub kanallarında Ermənistanın Baş naziri Nikol Paşinyanı küçə söyüşləri ilə təhqir edirlər. Təhqir müəllifləri əsasən Rusiyanın media mühitində əhəmiyyətli mövqelərə malik ermənilərdir.
Bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, proqramlara dəvət edilən fərqli millətlərə məxsus aparıcı və ekspertlər də Paşinyanı aşağılayırlar:
“Bunlar hesab edir ki, Ermənistanda hakimiyyətdə Paşinyan yox, Putinin dostu Robert Köçəryan olsaydı, Azərbaycan Qarabağı geri qaytara bilməzdi. Əlbəttə, Robert Köçəryan Kremllə daha sıx əlaqələrə malik idi, ancaq dünyadakı və bölgədəki vəziyyət tədricən Azərbaycanın xeyrinə dəyişirdi və Ermənistanın keçmiş prezidenti də doğma separatçılarını xilas edə bilməyəcəkdi. Köçəryan bu qədər güclüydüsə, İkinci Qarabağ müharibəsindən sonra asanlıqla Nikol Paşinyanı devirməliydi. Paşinyanın reytinqi düşsə də, erməni cəmiyyətindəki dəstəyi hətta Azərbaycanın antiterror əməliyyatından sonra da Köçəryana olan dəstəkdən dəfələrlə çoxdur. Bu səbəbdən Rusiya televiziya və Yutub kanallarında Ermənistanın hazırki baş nazirini söyəndə və aşağılayanda seçkilərdə Paşinyana səs və dəstək verən ermənilərin Rusiyaya qarşı nifrəti daha da artır”.



Köçəryan və Sərkisyan, siz vətən xainisiz - Paşinyan
Köçəryan Paşinyanı təhqir etdi: Debilizmdir!
Bakı buna razı olmasa, nə baş verəcək? – Köçəryan
Paşinyandan xalqa müraciət: Ermənistan Qarabağın əvəzinə...
Ordumuzun hücumuna Köçəryan hüquqi zəmin yaradacaq
Köçəryan yeni partiya yaratmağa hazırlaşır?
Paşinyanın “lift danışığı”nın yeganə şahidi ÖLDÜ
Koçaryan Paşinyanı məhkəməyə verdi
İrəvanda qarşıdurma: Xalq Nikolun acizliyinə etiraz edir
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 