İran parlamentinin 227 üzvündən ibarət qrup məhkəmə sisteminə etirazçıların cəzalandırılması ilə bağlı çağırış edib.
Onlar hökumət əleyhinə nümayişlərdə iştirak edən bütün həbs edilmiş vətəndaşların “ciddi cəzalandırılmasını” istəyib.
“Biz məhkəmə orqanlarından xahiş edirik ki, bu cinayətləri törədənlərə və cinayətlərin törədilməsinə kömək edənlərə, həmçinin iğtişaşlar törədən bütün şəxslərə qarşı qətiyyətli tədbirlər görsünlər”, - deyə deputatların bəyanatında deyilir.
Bu arada İranın Beynəlxalq Xəbər Xidməti xəbər verir ki, iranlı deputatlar məhkəmə orqanlarından həbs olunan etirazçılara ölüm hökmünün çıxarılmasını xahiş edib.
Parlamentdə oxunan bəyanatda millət vəkilləri etirazçıları “muharib” adlandırıb ki, bu da ərəb dilində hərfi mənada “döyüşçü” mənasını verir. İslam qanunlarında və ya şəriətdə isə bu, “Allahın düşməni” anlamına gəlir və ölümlə cəzalandırılır. Bundan əlavə, deputatlar etirazçıları “insanların həyatına və mülkünə hücum edən” İŞİD üzvləri ilə müqayisə ediblər.
İlkin məlumatlara görə, bu gün İranda hökumət əleyhinə etirazlar səbəbindən həbs olunan 15 minə yaxın məhbus var.
İran İnsan Haqları Təşkilatı öz növbəsində parlament üzvlərinin etirazçıları edam etməyə çağıran bəyanatını kəskin şəkildə pisləyib. Xatırladılıb ki, İslam Şurası (İranın birpalatalı parlamenti) üzvləri hökumət tərəfindən seçilir və xalqın nümayəndələri hesab edilmir.
“Etirazlar - xalqın ayrılmaz hüququdur, etirazçıların öldürülməsi və onlara ölüm hökmünün verilməsi isə beynəlxalq cinayətdir. Etirazçıların edamını tələb edənlər bu cinayətdə iştirak edirlər və buna görə məsuliyyətə cəlb edilməlidirlər”, - deyə İran İnsan Haqları Təşkilatının direktoru Mahmud Əmiri Moqadam öz “Twitter” hesabında qeyd edib.



İranda ŞOK ƏMƏLİYYAT: Casus şəbəkəsi ifşa olundu
Qonşu ölkədə 29 nəfər həbs edilib
İran etirazçıları necə qorxutmaq istəyir?
İran polisindən daha bir BİYABIRÇILIQ
50 min məhkumla bağlı əfv fərmanı veriləcək
2 deputat saxlanıldı
Navalninin həyat yoldaşı həbs edildi
Ermənistanda telekanal sahibi HƏBS EDİLDİ
Əmininin qətli ilə bağlı İrana XƏBƏRDARLIQ EDİLDİ
İranda etirazlar davam edir: helikopterdən atəş açıldı
Qəribə hadisə: məhkəmə “qatil” qoç barəsində həbs qərarı çıxardı
İran ABŞ-ı yenidən hədələdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 