Azərbaycanda ilk dəfə qatarda kitab təqdimatı keçirilib.
ONN media xəbər verir ki, “Parlaq imzalar” nəşriyyatı Bakı-Gəncə-Bakı qatarında “Azərbaycan Dəmir Yolları”nın dəstəyilə nəşr olunmuş “YOLDAŞ” seriyasının təqdimatını keçirib. Mərasimdə oxucular, kitab və səyahət blogerləri iştirak ediblər.
Təqdimatda çıxış edən nəşriyyat rəhbəri Nurman Tariq bildirib ki, insanların yollarda itirdiyi vaxtları dəyərləndirmələri və qazanca çevirmələri üçün dünya ədəbiyyatının "qısa və mükəmməl" əsərləri sırasından seçib nəşr etdiyimiz "YOLDAŞ" seriyasını məhz yolda təqdim etmək qərarına gəldik. Əyani göstərmək istədik ki, ən yaxşı yol yoldaşı kitablardır.
"Kitab qatarı"nda oxucularımızdan, kitab və səyahət blogerlərindən, əməkdaşlarımızdan ibarət təxminən qırx nəfərlik heyətlə yola çıxdıq. Təqdimatla yanaşı qatarda əyləncə və musiqi proqramı, müxtəlif maraqlı seminarlar da baş tutdu. Zəfər Gününə təsadüf edən səyahətimiz çərçivəsində, eyni zamanda Gəncə turu da reallaşdırdıq, Gəncəmizin görməli yerləri ilə tanış olduq, eləcə də erməni terrorundan zərər çəkmiş yerlərə baş çəkib əziz şəhidlərimizi yad etdik. Xoş xatirəsi uzun müddəti davam edəcək bu proses ümumilikdə 14 saat çəkdi və vaxtın necə gəlib-keçdiyini, doğrudan da, heç birimiz hiss etmədik. Bu səyahət həm də kitabın fərqli insanları necə doğmalaşdıra biləcəyini göstərdi. “Kitab qatarı” adlandırdığımız bu layihəni davam etdirmək niyyətindəyik”.
Numan Tariq təşəbbüsə dəstək olduqlarına görə “Azərbaycan Dəmir Yolları”na da təşəkkürünü bildirib



“Teas Press” “Ən yaxşı nəşriyyat” seçildi
Leyla Əliyevanın "Sevgi" kitabının təqdimatı oldu
Türkiyədə Əhməd Cavadla bağlı kitab nəşr olunub
Bakıda kitab sərgisinin açılışı oldu
Cavid Zeynallının romanı ikinci dəfə nəşr olundu
General Polad Həşimov haqqında kitab nəşr edildi
MEK yanvar ayı ərzində daxil olan sənədlərin təqdimatını keçirdi
Bakı-Gəncə qatarındakı qiymətlər niyə fərqlidir?
“Xan xəzinəsi” pulsuz kitab verir - DİQQƏT
Paytaxtda növbəti kitab sərgisi başlandı
Rəsulzadənin fransızca kitabı tərcümə edildi
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 