İranın ali dini lideri Əli Xamneyi etirazçıların cəzalandırılmasını tələb edib.
ONN media xəbər verir ki, Xamneyi bu haqda İsfahanda çıxışı zamanı bildirib.
O qeyd edib ki, bütün ölkə ərazisində dağıntılara səbəb olan etirazçılar cəzalandırılmalıdır.
“Üsyançılar xalqı küçələrə çıxara bilmədi. Buna görə də çaşqınlıq yaratmaqla, təhlükəsizlik qüvvələrini və məmurları yormağa çalışırlar. Nəticə əldə edə bilməyəcəklər və üsyan sona çatacaq”, - o deyib.
Bu, etirazların başlanmasından sonra Xamneyinin 8-ci çıxışıdır. O, Tehrandakı hərbi bazada hərbçilərin qarşısında çıxışı zamanı baş verənlərə ilk dəfə toxunmuşdu və bildirmişdi ki, “düşmən məğlub olub”. Hərçənd, son iki ayda baş verənlər göstərir ki, etirazlar artan xətt üzrə davam edir, xüsusilə rejim qüvvələrinin sərt müdaxiləsi xalqın qəzəbini daha da artırır. Bunun sonuncu nümunələlərindən biri də Xamneyinin doğulduğu Xamnədəki evinin yandırılması oldu.
Xamneyi isə iki ay sonrakı çıxışında da mövqeyini yumşaltmayıb və etirazların boğulması tələbini irəli sürüb.
Lakin budəfəki çıxışında diqqətçəkən məqamlar da var. Etirazlara qarşı sərt müdaxiləyə çağıran dini lider “xalqın, gənclərin və məmurların ümidini itməsindən”, “ölkədə azadlığın olmaması haqda təbliğatdan” danışıb, tərəfdarlarını, xüsusilə yazıçıları, şairləri, elm adamlarını, din xadimlərini xalqda “ümid yaratmağa” çağırıb. Bütün bunlar göstərir ki, rejim etiraf etməsə də, etirazların ciddi təsiri olub.
SEPAH komandanı Hüseyn Səlami və Baş qərargah rəisi Məhəmməd Baqiri etirazçılara dəfələrlə xəbərdarlıq edib. Daxili işlər naziri Əhməd Vahidi isə ən azı iki dəfə “üsyana son qoyulduğu” haqda danışıb. Lakin etirazlar səngiməyib. Bu, rejimin yalan danışdığının sübutudur. Son günlər İran rejimi o iddianı tirajlayır ki, etirazları yatırmaq üçün tam gücdən istifadə etməyiblər, halbuki, bütün təhlükəsizlik qüvvələri, eləcə də mülki geyimli dəstələr işə salınsa da, rejim heç bir nəticə əldə etməyib.
Xamneyinin son çıxışı da göstərdi ki, İran rejimi əslində nə edəcəyini bilmir. İstisna deyil ki, etirazların yatırılması üçün silahlı müdaxilə genişləndirilə bilər



Xamenei: "İran ABŞ-la danışıqlar...
Meta Xamneyinin hesablarını blokladı
ABŞ İŞİD terrorçularını Əfqanıstana göndərir
İran üçün “əcəl zəngi”: Ağ Ev hər an düyməyə basa bilər
İran hakimiyyətindən ŞOK QƏRAR- EDAM OLUNSUNLAR!
Rəisini Türkiyəyə getməyə qoymayan kimdir?
İranda polis etirazçılara atəş açdı: ölənlərin sayı 9 nəfərə çatdı
İranda bütün dini tədbirlər ləğv edildi
ABŞ xəbərdarlıq etdi- “Qiyamətə hazır olun”
İranda etirazlar zamanı ölənlərin sayı 20 nəfərə çatdı
İran Pakistana xəbərdarlıq etdi
Mümkün dəyişikliklərə hazırıq
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 