Azərbaycan Tibb Universitetinin (ATU) Rektoryanı Şurasının növbəti iclası keçirilib.
ONN media xəbər verir ki, bu barədə Universitetin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, toplantıda universitetin bəzi əcnəbi tələbələrinin davranışı ilə bağlı qərarlar qəbul edilib, onların ikisinin ali məktəbdən xaric olunmasına dair qərar verilib.
Qeyd edilib ki, ATU-nun 6 əcnəbi tələbəsi universitetdən kənarda olan məkanda digər tələbələrə fiziki zorakılıq və şiddət tətbiq etməklə yanaşı, onları qorxudublar. Zorakılıq aktını videolentə alan tələbələr bu çəkilişi sosial şəbəkələrdə paylaşacaqları ilə digərlərini hədələyiblər. Faktla bağlı Nəsimi Rayon Polis Bölməsində aparılan araşdırma zamanı iki əcnəbi tələbənin - Al Xavaldeh Mohammad Xev Ahmad və Abdullah Mohammad Sahrinin tələbələrə güc tətbiq edərək, fiziki şiddət göstərdiyi təsdiqlənib.
ATU-nun Rektoryanı Şurasının üzvlərinin qərarına əsasən, adıçəkilən 2 tələbə universitetdən xaric edilib, hadisədə iştirak edən digər 4 tələbənin (Mohammad Eyhab Ahmed Aldakaç, Al Jivondi Mohammad Nabil Xalid, Al Ali Aussesami, Hafez Mohammed Ali) isə şəxsi işinə qeyd etməklə onlara şiddətli töhmət verilib.
Rektoryanı Şuranın müzakirə etdiyi digər məsələ ATU-nun II müalicə-profilaktika fakültəsinin I kurs tələbəsi Orxan Bəhmənlinin davranışı ilə bağlı olub. O.Bəhmənli noyabrın 17-də anatomiya fənni üzrə keçiriləcək aralıq imtahanlarının suallarının cavablarını əldə edərək digər tələbələr arasında yayıb və bununla da imtahanı pozması təsdiqlənib. Rektoryanı Şuranın qərarına əsasən, O.Bəhmənlinin şəxsi işinə yazılmaqla şiddətli töhmət elan edilib



Bakı Slavyan Universitetinin rektoru qovulan tələbələrlə bağlı açıqlama verdi
Azərbaycanda qadına zorakılıq edən polis İŞDƏN QOVULDU - RƏSMİ
Əcnəbi tələbələrlə bağlı məsələyə aydınlıq gətirildi
Bu universitetdən tələbələrə maraqlı qadağa
ADPU-ya yeni mətbuat katibi təyin edildi
Azərbaycan telekanallarında əcnəbi serialların yayımı bərpa edilir - Bu tarixdən...
Bayrağımızı təhqir edən tələbə universitetdən QOVULDU
Ölkədə bəzi kafedra və fakültələr LƏĞV EDİLDİ
Diplomunu ala bilməyən əsgərlə bağlı universitetdən MÜNASİBƏT - VİDEO
Bu tələbələrə güzəşt ediləcək - Nazirdən ŞAD XƏBƏR
Qarabağ universitetində əcnəbi tələbələr təhsil alacaq?
ABŞ-da silahlı hücum olub- Çox sayda ölənlər var
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 