Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Kurmanqazı adına Qazax Milli Konservatoriyasının fəxri professoru seçilib.
ONN media xəbər verir ki, Q.Paşayevaya fəxri professor diplomunu konservatoriyanın rektoru əvəzi, sənətşünaslıq üzrə fəlsəfə doktoru dosent Gülnar Əbdrəhman təqdim edib. Rektor əvəzi Qənirə Paşayevanın Azərbaycan-Qazaxıstan mədəni, elmi əlaqələrinə verdiyi töhfələrdən danışıb.
Təltif üçün təşəkkürünü bildirən Milli Məclisin Mədəniyyət komitəsinin sədri Azərbaycan və Qazaxıstan arasında möhkəm əlaqələrin mövcud olduğunu diqqətə çatdırıb. Şuşa şəhərinin 2023-cü il üzrə “Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsindən qürurla söz açan Q.Paşayeva Şuşanın Qafqazın konservatoriyası olduğunu bildirib. Vurğulayıb ki, Şuşa 2021-ci ildən rəsmən Azərbaycanın, bu il isə Türk dünyasının mədəniyyət paytaxtı statusunu daşıyır. Qazaxıstanlı həmkarlarını Şuşaya dəvət edən komitə sədri şəhərin Ermənistanın işğalından azad olunduğu qısa vaxt içində öz görkəmini dəyişdiyini qeyd edib.
O, Azərbaycan klassik musiqisinə aid albomları, “Qardaş ölkəm Qazaxıstan”, həmmüəllifi olduğu və qazax dilində çap olunan “Qarabağdan doğan Günəş - Xurşidbanu Natəvan” və “Qarabağ hekayələri” kitablarını Şuşa şəhərinə həsr olunmuş xüsusi dekorativ tətbiqi sənət əsərini Kurmanqazı adına Qazax Milli Konservatoriyasına bağışlayıb.



Paşayeva QYB-nin fəxri üzvü seçildi
Qənirə Paşayeva harada dəfn olunacaq?
Qənirə Paşayevaya yeni vəzifə verildi
Qazaxstanda Heydər Əliyevin 100 illik yubileyi qeyd olunacaq
Qənirə Paşayeva şəhid zabitin ailə üzvləri ilə görüşdü
Paşayeva Almatıda konfransda çıxış etdi
Qənirə Paşayevanı Milli Məclisdə o əvəz edəcək
Qənirə Paşayeva Ramil Səfərovla görüşdü
Paşayeva AQDİM rəhbərliyi ilə görüşdü
Prezident və xanımı Paşayevanın məzarına əklil göndərdi
Qənirə Paşayeva ATVİB-nin başqanına təşəkkür etdi
Şuşa türk dünyasının mədəniyyət paytaxtı ola bilər
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 