Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Qazaxıstan parlamentlərarası işçi qrupunun üzvü Qənirə Paşayeva Qazaxıstan Yazıçılar Birliyinin fəxri üzvü seçilib.
ONN media xəbər verir ki, Qənirə Paşayeva Qazaxıstan Yazıçılar Birliyinin (QYB) Almatı şəhərində yerləşən mərkəzi qərargahında, bu birliyin rəhbərliyi ilə görüşüb.
QYB sədrinin birinci müavini Nurjan Kuantayuli Q.Paşayevanı salamlayaraq, hazırda Astanada ezamiyyətdə olan sədr Mərəkə Kulkenovun və birlik üzvlərinin salamlarını ona çatdırıb. O, Q.Paşayevanın Azərbaycan-Qazaxıstan ədəbi əlaqələrinə verdiyi töhfələrə görə QYB-nin fəxri üzvü seçildiyini bidlirib. Fəxri üzvlük biletini Qənirə Paşayevaya təqdim edən N.Kuantayuli ölkələrimiz arasında ədəbi-mədəni əlaqələrin bundan sonra da yüksələn xətt üzrə davam edəcəyinə inandığını deyib. Q.Paşayeva etimad və təltif üçün təşəkkürünü bildirib.
Qardaş ölkənin Yazıçılar Birliyinin yeni seçilmiş rəhbərliyinə uğurlar arzulayan Komitə sədri qardaş ölkələrimiz arasında da ədəbi əməkdaşlığın yeni dönəmdə yeni layihələr, nəşrlərlə davam və inkişaf edəcəyinə, ortaq festival və simpoziumlarla zənginləşəcəyinə inandığını bildirib.
Q.Paşayeva QYB rəhbərlərinə xarıbülbül xatirə nişanı və Qarabağ motivli rəsm əsəri hədiyyə edib.



Qənirə Paşayeva Qazaxıstan Milli Konservatoriyasının fəxri professoru adına layiq görülüb
Qənirə Paşayeva harada dəfn olunacaq?
Qənirə Paşayeva bir qrup qazi və şəhid valideynləri ilə görüşüb - FOTOLAR
Paşayeva AQDİM rəhbərliyi ilə görüşdü
Qənirə Paşayevaya yeni vəzifə verildi
Qənirə Paşayeva Ramil Səfərovla görüşdü
Qənirə Paşayevanı Milli Məclisdə o əvəz edəcək
Qənirə Paşayevanın yerinə yeni təyinat olacaq
Paşayeva Almatıda konfransda çıxış etdi
Qənirə Paşayeva ATVİB-nin başqanına təşəkkür etdi
Xalq yazıçısı Özbəkistanın "Dostluq" ordeni ilə təltif edildi
Millət vəkili şəhid atası ilə görüşdü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 