Prezident İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 10 fevral 2023-cü il tarixli Sərəncamı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan ardıcıl addımların davamı, pensiyaçılarının rifahının təminatına yönələn növbəti dəstəkdir.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a bildirilib ki, Sərəncamla 2023-cü il 1 yanvar tarixinədək təyin edilmiş pensiyalar Dövlət Statistika Komitəsinin təqdim etdiyi məlumata əsasən, 2022-ci il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilməklə bu ilin 1 yanvar tarixindən artırılır.
Yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək. Məsələn, şəxsin pensiyası 400 manatdırsa, bu məbləğ cari il yanvarın 1-dən 14,7 faiz, yəni 58,8 manat artırılmaqla 458,8 manata çatdırılacaq, yanvar ayının 58,8 manat artımı da fevral ayında veriləcək.
Ümumilikdə 1,1 milyon pensiyaçını əhatə edən bu yeni artımlar üçün illik əlavə olaraq 728 milyon manat xərclənəcək.
Yeni qanunla bu ilin əvvəlindən pensiya artımı sahəsində vahid indeksasiya metoduna keçilməsi hər il indeksləşdirmə əsasında pensiya artımının ilk dəfə olaraq bütün növ pensiyalara şamil olunmasına imkan verib. Növbəti illərdə də bütün növ pensiyaların indeksasiya metodu ilə artırılması davam etdiriləcəkdir.
Beləliklə, hazırkı artım həm ümumi əsaslarla pensiya təyin olunmuş, həm də qulluq stajına görə əlavə alan pensiyaçılara (pensiyaçı hərbi qulluqçular, hüquq-mühafizə orqanları əməkdaşları və b.) şamil olunacaqdır.
Bundan əvvəl isə ötən il pensiyaçılara ödənilən maddi yardımlar 2023-cü ilin əvvəlindən onların pensiyalarının tərkibinə daxil edilib. Maddi yardım daxil edilərək artırıldıqdan sonra yaranan pensiya məbləği bu dəfə indeksləşdirilərək artırılır.
Məsələn, 2022-ci ildə ayda 800 manat pensiya və onun 10 faizi miqdarında (80 manat) maddi yardım almış hərbi qulluqçunun pensiyası tərkibinə bu ilin əvvəlindən həmin 80 manat daxil edilib və yaranan 880 manat pensiya məbləği bu dəfə indeksləşdirilərək 14,7 faiz (129,36 manat) artırılmaqla 1009,36 manata yüksəlir.
Sərəncamla tətbiq edilən indeksasiya üzrə artım 2022-ci il üzrə orta inflyasiya dərəcəsini (13,9 faizi) üstələyir.
Eyni zamanda, Sərəncamla istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq sığortaolunanların fərdi hesablarındakı pensiya kapitalları da 13,9 faiz indeksləşdirilməklə artırılır.
Bu da əmək müqaviləsi əsasında işləyən şəxslərin fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay onların əməkhaqlarından sosial sığorta ayırmaları ilə deyil, həmçinin hər ilin əvvəlində dövlət tərəfindən indeksləşdirmə əsasında da mütəmadi artmaqda olduğunu göstərir.
Pensiyaların indeksləşdirilərək artırılması elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçiriləcək, hər hansı sənəd təqdim etməyə, müraciət etməyə ehtiyac yoxdur



Pensiyalar nə qədər artırıldı? - Nazirlik açıqladı
Pensiyalar bu qədər artırıldı - Rəsmi
Pensiyalar artımla biryerdə ödənilib- RƏSMİ
200 manat maddi yardım bu qədər pensiyaçıya veriləcək
Pensiyalar bu gündən artımla birgə veriləcək
Pensiya artımları nə vaxtdan veriləcək?
Pensiyalarla bağlı yeni xəbər
Bu ay ərzində əmək pensiyalarının indeksləşdirilərək artırılması nəzərdə tutulur
Pensiyalarla bağlı daha bir şad xəbər
XOŞ XƏBƏR: Fevral ayının pensiyası artımla birlikdə veriləcək - RƏSMİ
1 milyon 140 min nəfərin pensiyası artacaq
Pensiyalar tam ödənildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 