Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilməsi və onlara köməklik göstərilməsi istiqamətində işlər davam edir.
Bu barədə ONN media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
"Zəlzələ baş vermiş gündən etibarən 565 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən təxliyə olunub. Hal-hazırda təxliyə prosesi davam etməkdədir.
Türkiyə Respublikasından təxliyəsi həyata keçirilən vətəndaşlarımız və onların ailə üzvlərinə lazımi tibbi, humanitar və psixoloji yardımın göstərilməsi, zərurət yarandıqda həmin şəxslərin müvəqqəti sığınacaq mərkəzlərinə yerləşdirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarına müvafiq göstəriş verilib.
Qaynar xətt nömrələrinə daxil olmuş minlərlə müraciət araşdırılıb, haqqında xəbər alına bilməyən Azərbaycan vətəndaşlarının siyahısı hazırlanaraq, onlar haqqında məlumat əldə etmək məqsədilə, Türkiyənin aidiyyəti qurumları ilə birgə müvafiq iş aparılıb. Nəticədə bir çox Azərbaycan vətəndaşlarının olduğu yer müəyyən edilib və onlarla əlaqə saxlanıb. Hazırda 2 nəfər Azərbaycan vətəndaşı haqqında məlumat yoxdur, onların axtarışları davam etdirilir.
Aparılmış axtarış-xilasetmə tədbirləri nəticəsində bu günə qədər 10 Azərbaycan vətəndaşının zəlzələ nəticəsində həlak olduğu müəyyən edilib. Onlardan 1 nəfər Türkiyədə dəfn olunub, 9 nəfərin cənazəsi isə bütün zəruri proseduralar yerinə yetirilməklə, Türkiyədə olan yaxınlarının müşayiəti ilə Azərbaycana yola salınıb.
Bu dəhşətli zəlzələdə həlak olan həmvətənlərimizin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!", - nazirlikdən qeyd olunub.



Zəlzələdə itkin düşən iki tələbə ilə bağlı RƏSMİ AÇIQLAMA
Türkiyədəki Azərbaycan vətəndaşlarına müraciət edildi
XİN bu şəxslərlə bağlı məlumat yaydı
16 azərbaycanlı Suriyadan repatriasiya olundu
XİN-dən Suriyada saxlanılan vətəndaşlarımızla bağlı rəsmi açıqlama
Suriyadan daha 8 nəfər Azərbaycana gətirildi
XİN daha bir rəsmi məlumat yaydı
Suriyada saxlanılan 12 azərbaycanlı Vətənə QAYTARILDI
Rəsmi Bakı Türkiyədəki zəlzələ ilə bağlı məlumat yaydı
Türkiyə Qəzzadan 100 nəfər təxliyyə etdi
Ərdoğan azərbaycanlıların Çindən təcili təxliyə edilməsi barədə GÖSTƏRİŞ VERDİ
Türkiyədə yaşayan Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 