Azərbaycan Respublikası hökuməti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Türkiyədə yaşayan Azərbaycan Respublikası vətəndaşlarına zəruri konsulluq və digər hüquqi yardımın göstərilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Qeyd edilib ki, məsələ üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb və Türkiyə tərəfi ilə razılaşdırmaqla, nümayəndə heyəti vətəndaşlarımıza müvafiq yardımın göstərilməsi üçün 2022-ci ilin oktyabr ayından etibarən İstanbul şəhərinə səfərlər edib.
Səfərlər çərçivəsində vətəndaşlarımızla müsahibələr, onlara zəruri konsulluq və hüquqi yardımın göstərilməsi ölkəmizin İstanbul şəhərindəki Baş Konsulluğunda həyata keçirilib. Nəticədə layihə çərçivəsində indiyə qədər ümumilikdə 3 827 nəfərin müraciəti cavablandırılıb. Onlardan 2 093 nəfərin pasport rəsmiləşdirilməsi üzrə, 459 nəfərin vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi üzrə sorğuları icraata yönəldilib. 283 konsulluq əməliyyatı (subaylıq arayışı, doğumun qeydə alınması, nikahın qeydə alınması, tərcümənin təsdiqi və atalığın müəyyən edilməsi) həyata keçirilib.
İşçi Qrupun İstanbul şəhərinə növbəti səfərləri ilə bağlı elan Azərbaycan Respublikasının İstanbul şəhərindəki Baş Konsulluğu və Diasporla İş üzrə Dövlət Komitəsinin rəsmi internet səhifəsində, eləcə də sosial şəbəkə hesablarında dərc olunacaq



Türkiyədə yaşayan azərbaycanlıların DİQQƏTİNƏ!
Zəlzələdən sonra Türkiyədən nə qədər azərbaycanlı təxliyyə olunub?
Azərbaycan və İran rəsmiləri görüşdü
Zəlzələdə itkin düşən iki tələbə ilə bağlı RƏSMİ AÇIQLAMA
XİN bu şəxslərlə bağlı məlumat yaydı
16 azərbaycanlı Suriyadan repatriasiya olundu
Bakı və Bağdad konsulluq məsləhətləşmələri apardı
XİN-dən Suriyada saxlanılan vətəndaşlarımızla bağlı rəsmi açıqlama
Almaniyadan 38 Azərbaycan vətəndaşı geri qəbul edilib
XİN daha bir rəsmi məlumat yaydı
Qanunsuz yaşayan 170 əcnəbi saxlanıldı
Suriyada saxlanılan 12 azərbaycanlı Vətənə QAYTARILDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 