Bu gün Suriya Ərəb Respublikasının Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 12 nəfərin repatriasiyası həyata keçirilib.
Bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd olunan şəxslərin ölkəmizə gətirilməsi Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və əlaqələndirilmiş tədbirlər nəticəsində baş tutub.
Öncə vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşlarımızın yeri, şəxsiyyəti müəyyən edilib, daha sonra onların Türkiyə ərazisinə keçidi təmin olunub.
Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən ölkəyə qayıtması üçün vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri ilə təmin edilib və 24 noyabr tarixində qeyd olunan vətəndaşların Ankara-Bakı reysi ilə Azərbaycan Respublikasına repatriasiyası həyata keçirilib.
Azərbaycan hökuməti tərəfindən sözügedən şəxslərin reabilitasiyası və reinteqrasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.
"Vətəndaşlarımızın repatriasiyası Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının birgə və əlaqələndirilmiş fəaliyyəti əsasında həyata keçirilib. Bu prosesin reallaşmasında Türkiyə tərəfindən göstərilmiş yardım xüsusilə qeyd olunmalıdır. Azərbaycan hökuməti öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini bundan sonra da davam etdirəcək", - nazirlikdən bildirilib.



16 azərbaycanlı Suriyadan repatriasiya olundu
XİN bu şəxslərlə bağlı məlumat yaydı
XİN daha bir rəsmi məlumat yaydı
XİN-dən Suriyada saxlanılan vətəndaşlarımızla bağlı rəsmi açıqlama
Suriyadan daha 8 nəfər Azərbaycana gətirildi
Qohumlarını Suriyada axtaran şəxslər Ombudsmana müraciət etdi
XİN bu şəxslərlə bağlı rəsmi məlumat yaydı
İraqda həbsdə saxlanılan azərbaycanlı qadınlar Vətənə gətirildi
Ukraynada valideynləri həlak olan 3 uşaq Vətənə gətirildi
157 Azərbaycan vətəndaşı vətənə qaytarıldı
230 Azərbaycan vətəndaşı vətənə qaytarıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 