Azərbaycanda sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslərə etibarnamə vermək üçün dəvət olunan notarius onlardan nəqliyyat xərcini tələb edə bilməz.
ONN media xəbər verir ki, bununla bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Notariat haqqında” Azərbaycan Respublikasının qanununa dəyişiklikdə öz əksini tapıb.
Hazırda notarius iş yerindən kənarda notariat hərəkətlərini aparmaq üçün getdikdə faktiki nəqliyyat xərcləri maraqlı şəxslər tərəfindən ödənilir. Mülki Məcəlləyə təklif olunan dəyişikliyə görə sosial xidmət müəssisələrinin müdiriyyətinin etibarnamə vermə səlahiyyəti məhdudlaşdırıldığından və notarius xidmətinə ehtiyacın yarana biləcəyindən qanuna müvafiq dəyişiklik edilməsi zərurəti yaranır.
Belə ki, sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslərə etibarnamə vermək üçün dəvət olunan notarius onlardan nəqliyyat xərcini tələb edə bilməz. Notarius nəqliyyat xərclərinin ödənilməməsinə görə sosial xidmət müəssisələrinə yerləşdirilən şəxslər tərəfindən verilən etibarnamələrin təsdiq edilməsinə dair notariat hərəkətlərini aparmaqdan imtina edə bilməz.
Qeyd edək ki, Mülki Məcəlləyə təklif edilən dəyişikliyə əsasən Azərbaycanda əhalinin sosial müdafiəsi müəssisələrində olan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərin həmin müəssisənin müdiriyyəti və ya müvafiq sosial xidmət orqanının rəhbəri (onun müavini) tərəfindən təsdiqlənmiş etibarnamələri ləğv edilir.



Dövlət torpaq kadastrı məlumatları notariuslara bir gün ərzində təqdim ediləcək
“Notariat haqqında” Qanunda dəyişiklik edilib
Azərbaycanda notarius ləğv edilir?
Sürücülərə SEVİNDİRİCİ XƏBƏR
İlham Əliyev bu qanuna dəyişiklik etdi
Bu şəxslərə güzəşt tətbiq olunacaq
Bu şəxslərə kirayə üçün PUL VERİLƏCƏK
Azərbaycanda bu uşaqlara PUL VERİLƏCK
Etibarnamə ilə bağlı bu problem həll oldu
Sosial yardım almaq istəyənlərin nəzərinə
Hansı yerlərdə maska taxılmalıdır? - SİYAHI
Birinci vitse-prezidentə və vitse-prezidentlərə ömürlük diplomatik pasport veriləcək
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 