“Ədliyyə xidmətlərinə əlçatanlığın asanlaşdırılması məqsədilə mobil notariatın imkanları genişləndirilərək növbəti addım kimi, əhaliyə yeni – nəqliyyat vasitələrinə sərəncam verilməsinə dair etibarnamələrin elektron qaydada təsdiq edilməsi xidməti təqdim olunur”.
ONN media xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin “Pandemiya dövründə ədliyyəyə əlçatanlıq” mövzusunda videokonfransda məlumat verilib. Bu xidmət mülkiyyətçi və ya etibarnamə əsasında onu təmsil edən şəxsin avtomobilin satılması, bağışlanması, dəyişdirilməsi, ipotekaya qoyulması, icarəyə verilməsi, daxili işlər orqanlarında qeydiyyata alınması və ya qeydiyyatdan çıxarılması üzrə səlahiyyətlərin seçim üzrə bütünlüklə yaxud qismən digər şəxsə verilməsini təmin edir. Yeni mobil tətbiq vasitəsilə, avtomobil sahibləri, o cümlədən ölkədən kənarda olan vətəndaşları mülkiyyətçisi olduğu nəqliyyat vasitəsinə dair etibarnaməni heç yerə getmədən onlayn qaydada verə biləcəklər. Fasiləsiz rejimdə göstərilən yeni xidmətin əsas özəlliyi ilk dəfə olaraq etibarnamələrin rəsmiləşdirilməsində videoyazı vasitəsindən istifadə edilməsidir ki, bu da həmin əqdlər üzrə sui-istifadə və vətəndaşların əmlak hüquqlarının pozulmasının qarşısını almağa xidmət edir. Etibar edən şəxsin razılığı barədə "Mobil notariat" tətbiqində aparılan video çəkiliş aidiyyəti notarius tərəfindən yoxlanıldıqdan və etibar edən şəxs isə hüquq və vəzifələri barədə ətraflı izahlar əldə etdikdən sonra etibarnamə qanunvericiliyə uyğun qaydada təsdiq edilir. Etibarnamələrin elektron nüsxəsi mobil tətbiqin qovluğunda saxlanılmaqla istənilən yerdə təqdim oluna bilər. Eyni zamanda verilmiş etibarnamələr təsdiq edildikdə bu barədə məlumat dərhal daxili işlər orqanlarına informasiya sistemi vasitəsi ilə ötürülür. Bu gündən tətbiq edilən yeni xidmətdən nəqliyyat vasitələrinin mülkiyyətçiləri mobil telefonların App Store və Google Play satış platformalarından "Mobil notariat" tətbiqini ödənişsiz yükləməklə, habelə artıq istifadəçi olanlar isə proqramı yeniləməklə rahatlıqla istifadə edə bilərlər. Elektron etibarnamələrin verilməsi qaydası barədə ətraflı məlumat Ədliyyə Nazirliyinin “facebook” sosial şəbəkə səhifəsində yerləşdirilib.Sürücülərə SEVİNDİRİCİ XƏBƏR



Uşaqlar onlayn qaydada PASPORT ALA BİLƏCƏKLƏR
Azərbaycanda İNANILMAZ YENİLİK: Bu tarixdən...
Mənzil alıb satanlara şad xəbər
Azərbaycanda KİV-lərin sayı AÇIQLANDI
Etibarnamə ilə avtomobil sürənlərə VACİB XƏBƏR
Sürücülük etibarnaməsi ilə bağlı MÜHÜM YENİLİK
DYP-dən avtomobil sahiblərinə və sürücülərə MÜRACİƏT
Zəngilanda Asan Xidmət istifadəyə verildi
DİQQƏT- Sabahdan nağd ödənişlər yığışdırılır
Kod-parolun məhdudlaşması - Dövlət Vergi Xidməti
“Asan İmza” sertifikatları ilə bağlı YENİLİK
Ədliyyə orqanlarına imtahan keçirildi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 