İctimai asayişi pozaraq avtobus sürücüsü və sərnişinlərin narahatlığına səbəb olan şəxs məhkəmənin qərarı ilə 15 gün müddətinə həbs edilib.
Daxili İşlər Nazirliyindən ONN media-ya verilən məlumata görə, Bakıda ictimai asayişi pozaraq avtobus sürücüsü və sərnişinlərin narahatlığına səbəb olan Quba rayon sakini Nəbi Ağayev İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək Nərimanov Rayon Məhkəməsinin Qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Qeyd edək ki, bu, N.Ağayev tərəfindən törədilən ilk hadisə deyil. O, bir neçə gün əvvəl, yəni avqustun 15-də də 199 nömrəli avtobusun sonuncu dayanacağında dispetçerlə mübahisə edib. Sərxoş vəziyyətdə olduğundan ödəmə kartları olan aparatların niyə quraşdırılmadığını tələb edib, avtobusun dispetçerini, sürücüləri və sərnişinləri hədələyib.
##2941499 ##Bu səbəbdən dispetçerin müraciəti əsasında o, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb və İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, ictimai qaydanı kobud şəkildə pozduğuna görə cərimələnib.
Lakin N.Ağayev barəsində verilən qərardan nəticə çıxarmayıb. O, iki gün sonra Xətai prospektində eyni əməli təkrar törədib və yenidən polislər tərəfindən saxlanılıb. Bu dəfə onun barəsində daha ciddi tədbir görülərək inzibati həbs olunanların saxlama məntəqəsinə göndərilib.



Səbuhi Xanlarov niyə həbs edildi?
Məktəbə sərxoş daxil olan şəxs həbs edildi
Gədəbəydə avtoxuliqan HƏBS EDİLDİ
Gəncədə avtoxuliqanlıq edən şəxs həbs olundu
Bakını qarışdıran "avtoş" həbs edildi
Türkiyə bayrağına hörmətsizlik edən şəxs həbs edildi
Narkotik çəkib mikroavtobus sürən şəxs həbs edildi
Narkotikin təsiri altında avtobus sürən şəxs saxlanıldı
Bakıda film kimi hadisə- İnsanların gözü qarşısında barmağını kəsdi
Bərdədə müştərilərə qəlyan təklif edən şəxs həbs edildi
Azərbaycanda iş adamı həbs edildi
"06" ilə avtoşluq edən şəxs ƏLƏ KEÇDİ - DİN
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 